Mask tviterin adını dəyişmək planını təsdiqləyib
Bakı, 2 iyun, AZƏRTAC
Amerikalı milyarder İlon Mask ona məxsus olan tviter sosial şəbəkəsinin adını dəyişmək planını təsdiqləyib.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, Mask bununla bağlı paylaşım edib.
"T(w)itter Daily News" portalı daha əvvəl İ.Maskın son müsahibəsindən sitat gətirərək onun gələcəkdə sosial şəbəkənin adının X olaraq dəyişdirilə biləcəyinə işarə edib. Bu yazıya şərhində amerikalı sahibkar bunun doğru olduğunu təsdiqləyib.
Qeyd edək ki, bu ilin mayında Mask altı həftə ərzində vəzifəsini tərk edəcəyini, həmçinin daha əvvəl “NBCUniversal”da işləmiş Linda İaccarinonun tviterin baş direktoru təyin olunacağını açıqlamışdı . Daha sonra iş adamı bildirib ki, o, indi özünün də sahibi olduğu avtomobil istehsalçısı “Tesla”ya daha çox vaxt ayırmaq niyyətindədir. İaccarinonun bu ay tviterin baş direktoru vəzifəsinə keçəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:46]
Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb
- 02.10.2026 [16:34]
Yəməndə aclıq səviyyəsi sürətlə artır
- 02.10.2026 [15:40]
Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib
- 02.10.2026 [15:17]
Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər
- 02.10.2026 [15:15]
İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib
- 02.10.2026 [15:08]
Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO
- 02.10.2026 [14:43]