May ayında çaylarda sululuq artacaqdır
Bakı, 9 may (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində çayların sululuğuna dair may ayına olan hidroloji proqnozu açıqlamışdır.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, proqnoza əsasən may ayında yağıntıların normaya yaxın, bəzi yerlərdə normadan bir qədər çox, temperaturun isə kiçik müsbət və mənfi fərqlə iqlim normasına yaxın olacağı gözlənilir.
Gürcüstan Hidrometeorologiya Departamentinin məlumatına görə, may ayında Gürcüstanın şərq rayonlarında yağıntıların və temperaturun normaya yaxın olacağı gözlənilir.
Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfinin 420-520 m3/s (normanın 61-76 faizi), Qanıx çayının Əyriçay məntəqəsində 120-200 m3/s (normanın 59-98 faizi), Araz çayının Qıvraq məntəqəsində isə 120-200 m3/s (normanın 30-50 faizi) olacağı gözlənilir.
Şəki-Zaqatala bölgəsinin çaylarında su sərfi 3,0-7,0 m3/s (normanın 72-110 faizi), Quba-Qusar bölgəsinin çaylarında 5,5-10,0 m3/s (normanın 61-100 faizi), Daşkəsən-Gədəbəy bölgəsinin çaylarında 5,5-10,0 m3/s (normanın 56-88 faizi), Naxçıvan MR çaylarında 3,0-12,0 m3/s (normanın 34-69 faizi), Lənkəran-Astara bölgəsinin çaylarında isə 2,0-6,5 m3/s (normanın 43-84 faizi) təşkil edəcəkdir.
May ayının ayrı-ayrı günlərində temperaturun kəskin yüksəlməsi və yüksək dağlıq ərazilərdə qarın əriməsi, eyni zamanda, dağlıq ərazilərdə gözlənilən leysan xarakterli yağışlar nəticəsində çaylarda sululuğun artacağı, Böyük Qafqazın cənub-qərb yamacının (Kişçay, Şinçay, Talaçay, Kürmükçay) və şimal-şərq yamacının (Qusarçay, Qudiyalçay, Qaraçay) çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]