Mayın 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, gündüz arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin günün birinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur.
Temperatur gecə 9-14° , gündüz 18-23° isti olacaqdır.
Bakıda gecə 10-12° , gündüz 20-22° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Temperaturun gecə 7-12° , gündüz 20-25° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3-8° , gündüz 14-19° isti olacaqdır.
Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 8-13°, gündüz 19-24° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 7-12°, gündüz 17-22° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır.
Temperatur gecə 10-15°, gündüz 21-26° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Lakin dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, duman olacağı ehtimalı vardır.
Temperaturun gecə 9-14° isti, gündüz 19-24° isti,dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında biometeoroloji amillərin zəif və mülayim dəyişikliyi meteohəssas insanlar üçün əsasən əlverişlidir.