Mayın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 90-95 faiz, gündüz 70-75 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz olacaqdır. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz olacaqdır. Gecə və səhər bəzi yerlərdə duman. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz olacaqdır.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz olacaqdır. Gecə və səhər bəzi yerlərdə duman.
Havanın temperaturu gecə 8-13° isti, gündüz 17-22° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz olacaqdır. Səhər bəzi yerlərdə duman gözlənilir.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 22-27° isti olacaqdır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz olacaqdır. Səhər dağlarda duman gözlənilir.
Havanın temperaturu gecə 12-16° isti, gündüz 19-24° isti, dağlarda gecə 6-10° isti, gündüz 13-18° isti olacaqdır.
Aqrometeoroloji şərh
Mayın 13-dək respublika ərazisində temperatur rejiminin 2-3° yüksələcəyi gözlənilir. Eyni zamanda arabir gözlənilən yağıntılar torpağın nəmliyini artıracaq ki, bu da cücərməkdə olan çiyidin və qarğıdalının inkişafına nisbətən müsbət təsir göstərəcək, qışlaqlarda ot örtüyünün böyüməsini sürətləndirəcək.