Mayın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir.
Temperatur gecə 12-17°, gündüz 23-28° isti olacaqdır.
Bakıda gecə 15-17°, gündüz 25-27° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 762 millimetr civə sütunu, nisbi rütubət gecə 85-95 faiz, gündüz 70-75 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 13-18°, gündüz 22-27° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında
əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 6-11° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
Şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 12-17°, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
Əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 9-14°, bəzi yerlərdə 17°-dək isti, gündüz 20-25° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperatur gecə 12-17°, gündüz 25-30° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
Əsasən yağmursuz keçəcəkdir. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Temperaturun gecə 13-17°, gündüz 24-29° isti, dağlarda gecə 8-13° isti, gündüz 20-24° isti olacağı gözlənilir.
Xəbərdarlıq
Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra mayın 7-si axşamdan başlayaraq hava şəraitinin dəyişiləcəyi, 10-dək qeyri-sabit keçəcəyi, yaxın 2-3 gün ərzində temperaturun tədricən 5-10° aşağı enəcəyi, mayın 7-si günün ikinci yarısından 9-dək şimal-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir. Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimal olunur.
Tibbi-meteoroloji proqnoz
Uzun müddət davam edən anomal isti hava şəraitindən sonra mayın 7-8-də Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Mayın 9-u gündüz, 10-da biometeoroloji amillərin norma daxilində tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.