Mayya Sandu: Etimada layiq daxili siyasət yoxdursa, xarici siyasətə etimad ola bilməz
Kişineu, 15 yanvar, AZƏRTAC
Prezident Mayya Sandu Moldovanı xarici ölkələrdə təmsil edən səfirlərlə müzakirələr aparıb.
AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, dövlət başçısı ölkənin nüfuzunun artmasında diplomatların fəaliyyətinin nə dərəcədə mühüm olduğunu, həmçinin son illərdə daxili siyasi mübarizənin Moldovanın nüfuzuna necə təsir etməsini vurğulayıb.
Mayya Sandu deyib: “Mən bu il Moldovanın tarixində yeni səhifə açmaq istəyirəm. Bilirəm ki, diplomatiya - çətin işdir. Siz yaxşı başa düşürsünüz ki, xarici siyasət daxili reallıqlardan başlayır. Uzun illər ərzində sizin öhdənizə barəsində heç də yaxşı rəylər söylənilməyən ölkəni təmsil etmək düşüb. Belə şəraitdə ölkəni təmsil etmək həddən artıq çətindir. Siz xarici tərəfdaşların reaksiyasını görürsünüz, bu reaksiya çaşıb qalmaqdan pislənməyədək dəyişir. Daxili siyasət yoxdursa, o halda effektli və etimada layiq xarici siyasət də ola bilməz. Bütün bunlar kədərli nəticələrə gətirib çıxarıb. Bəzilərinin diplomatik selfi dalınca qaçması bizim ölkəmizin tarixində biabırçı səhifələrə çevrilib”.
Dövlət başçısı qeyd edib ki, qeyri-qanuni və rüşvətlə aldatma kimi sxemlər aradan qaldırılmalıdır.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]