MDB KARDİOLOQLAR ASSOSİASİYASININBEŞİNCİ KONQRESİ OLMUŞDUR
Konqresdə Azərbaycanı Elmi-Tədqiqat Kardiologiya İnstitunun aparıcı elmi işçisi, tibb elmləri doktoru Elman Ələkbərov və həmin institutun elmi işçisi, tibb elmləri namizədi Ruslan Nəcəfov təmsil etmişlər.
Tədbiri konqresin fəxri prezidenti, Rusiya Elmlər Akademiyasının akademiki, Nobel mükafatı laureatı E. Çazov açmışdır.
Konqresdə kardiologiya sahəsində fundamental tədqiqatlar və onların rolu haqqında geniş məlumat verilmiş, kardiologiya xidmətinin təşkili, ürək-damar xəstəlikləri ilə mübarizədə taktika və strategiyanın işlənib hazırlanması məsələləri müzakirə olunmuşdur. Tədbirdə 100-dən artıq məruzə dinlənilmişdir. Ruslan Nəcəfov respublikamızda bu sahədə görülən işlər haqqında danışmışdır.
Konqresdə qeyd edilmişdir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yaşadlğı ölkədən asılı olmayaraq, adamların sağlamlığının 50 faizi həyat tərzindən, 20 faizi irsiyyətdən, 20 faizi ətraf mühitdən, yalnız 10 faizi səhiyyə sisteminin səviyyəsindən asılıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]