MDB-nin qərargahında Birlik ölkələrinin Daimi Nümayəndələr Şurasının növbəti iclası keçiriləcək
Minsk, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Belarusun paytaxtında, MDB-nin İcraiyyə Komitəsinin qərargahında Təşkilatın iştirakçıları olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələri Şurasının növbəti iclası keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB-nin Minskdəki qərargahının Təşkilat Departamentində məlumat verilib.
İclasda aşağıdakı məsələlərin müzakirə edilməsi nəzərdə tutulur: MDB üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının və Dövlət Başçıları Şurasının iclaslarının yekunları və qəbul edilmiş sənədlərin reallaşdırılması ilə əlaqədar Birliyin iştirakçıları olan dövlətlərin Birliyin nizamnamə və digər orqanları yanında Səlahiyyətli Daimi Nümayəndələr Şurasının və MDB İcraiyyə Komitəsinin vəzifələri haqqında; Birliyin İqtisadi İnkişaf Strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsinə dair Tədbirlər Planının layihəsi barədə informasiya; MDB iştirakçıları olan dövlətlərin vergi (maliyyə) təhqiqatları orqanları rəhbərlərinin Əlaqələndirmə Şurasının fəaliyyəti haqqında informasiya və s.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]