Mədəniyyət və turizm naziri Yevlax şəhərində vətəndaşları qəbul edəcək

Bakı, 22 noyabr, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 28-də Yevlax şəhərində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda (Nizami prospekti, 61) Mingəçevir, Yevlax, şəhərlərindən, habelə Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan vətəndaşlar iştirak edə bilər.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services, mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [16:36]
Yağışlı aprelin günəşli “Ulduzu”
- 17.04.2025 [16:24]
“Əbədiyyətə qovuşan ömür” adlı tədbir keçirilib
- 17.04.2025 [14:53]
Aydın Kərimov: Şuşa şəhərində artıq 1400-ə yaxın sakin yaşayır
- 17.04.2025 [13:33]