MƏDƏNİYYƏT VƏ TURİZM NAZİRLİYİNDƏ STRUKTUR DƏYİŞİKLİKLƏRİ APARILACAQ
İndi nazirliyin mütəxəssisləri yaxın onillikdə əsas fəaliyyət istiqamətlərini nəzərdə tutan Azərbaycan mədəniyyətinin inkişafı strategiyası və konsepsiyasını hazırlayırlar. Ə.Qarayevin sözlərinə görə, nazirliyin qarşısında duran başlıca vəzifə mədəniyyət və turizm sahəsində hüquqi bazanı təkmilləşdirməkdir. Bu məqsədlə nazirliyin əməkdaşlarının hazırladıqları “Teatrlar haqqında” qanun layihəsi parlamentin mədəniyyət məsələləri daimi komissiyasında birinci oxunuşda müzakirə olunmuşdur.
Milli kinematoqrafiyanın inkişafı nazirliyin fəaliyyətinin öncül istiqamətlərindəndir. Nazir demişdir ki, Azərbaycan kinosunun, kinoprokatın problemlərinin yaxın iki ildə əsaslı həlli nəzərdə tutulmuşdur.
Ə.Qarayev bildirmişdir ki, hazırda nazirlikdə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki mədəniyyət abidələri haqqında məlumat veriləcək xüsusi nəşrin hazırlanmasına dair işlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [18:40]
“GastroFest 2026” festivalı yekunlaşıb
- 10.10.2026 [11:55]
Meksikada “Azərbaycan: Təbiətin palitrası” adlı sərgi açılıb
- 09.10.2026 [23:00]
Bakıda beynəlxalq tanqo marafonu
- 09.10.2026 [22:17]
Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi
- 09.10.2026 [19:21]
Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub
- 09.10.2026 [17:55]