Media: ABŞ İrana zərbə endirməyə başlasa, SEPAH liderləri əsas hədəflərdən olacaq
Bakı, 24 fevral, AZƏRTAC
ABŞ İrana qarşı hərbi əməliyyatlara başlasa, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəhbərliyi əsas hədəflərdən biri olacaq.
AZƏRTAC xəbər verir ki, “CNN” telekanalı bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, diplomatiya Tehranı nüvə proqramından imtinaya məcbur edə bilməsə, Vaşinqton administrasiyası bu ssenarini nəzərdən keçirəcək.
Xatırladaq ki, fevralın 17-də Cenevrədə Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında nüvə danışıqlarının ikinci mərhələsi baş tutub. Birləşmiş Ştatların Vitse-prezidenti Ceyms Devid Vens Tehranın danışıqlar zamanı Ağ Ev tərəfindən irəli sürülən bir neçə prinsipial mövqeni qəbul etmədiyini bildirib. ABŞ və İsrail əvvəllər İranın tək nüvə proqramından deyil, həm də ballistik raket istehsalından və Yaxın Şərqdə “İranpərəst” qüvvələrə dəstəyindən imtina etməsini istəyirdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]