Media: Avropa İttifaqı və ABŞ avtomobil tarifləri ilə bağlı kompromis əldə edə bilməyib
Bakı, 6 may, AZƏRTAC
Ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə Avropa komissarı Maroş Şefçoviç və ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir Avropada istehsal olunan avtomobillərə tətbiq edilən 25 faizlik rüsumla bağlı razılığa gələ bilməyiblər.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşri bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropa komissarı Vaşinqtonu 2025-ci ilin avqust ayında əldə edilmiş razılaşmalara qayıtmağa çağırıb, ABŞ nümayəndəsi isə 25 faizlik tarif ideyasından əl çəkməyib.
Mayın 1-də ABŞ administrasiyasının rəhbəri Brüsselin avqust sazişinə tam əməl etmədiyini və buna görə də Vaşinqtonun Avropa İttifaqından idxal olunan minik və yük maşınlarına rüsumları 25 faizədək artıracağını bildirib. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen isə öz növbəsində ABŞ-nin də hələ ticarət sazişi üzrə bütün öhdəliklərini yerinə yetirmədiyini xatırladıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [15:23]
İspaniyada anomal istilər səbəbindən tarixdə ən erkən üzüm yığımı başlayıb
- 10.08.2026 [14:52]
Qazaxıstanda Xəzər dənizində yağ ləkələri aşkarlanıb
- 10.08.2026 [14:41]
Böyük Britaniya Aİ ilə daha dərin münasibətlər qurmaq istəyir
- 10.08.2026 [14:13]
La-Manş boğazını bir qayıqla rekord sayda miqrant keçib
- 10.08.2026 [13:40]
Macarıstanın avroya keçidi investisiyalara yeni imkanlar aça bilər
- 10.08.2026 [13:09]