“MEDİAlab” layihəsi çərçivəsində növbəti vorkşop təşkil olunub
Bakı, 28 aprel, AZƏRTAC
Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı və 4 ali təhsil müəssisəsinin - Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti və Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tərəfdaşlığı ilə həyata keçirilən “MEDİAlab” layihəsi çərçivəsində jurnalistika ixtisasında təhsil alan və jurnalistikaya marağı olan gənclər üçün “Space” Televiziyasının Xəbər departamentinin rəhbəri Elman Bakuvi tərəfindən “Müsahibənin götürülməsi və xəbərin hazırlanması” mövzusunda vorkşop təşkil olunub.
MEDİA-dan AZƏRTAC-a bildirilib ki, komanda şəklində keçirilən vorkşop zamanı Elman Bakuvi tərəfindən müsahibənin götürülməsi, xəbərin hazırlanması, “stand up” kimi mövzularda səsləndirilən suallar əsasında gənclərə praktik tapşırıqlar verilib və qalib komandalara hədiyyələr təqdim olunub.