MƏHƏMMƏD PEYĞƏMBƏRƏ KARİKATURALAR MÖVZUSUNA ƏRƏB ZİRVƏ GÖRÜŞÜNDƏ DƏ TOXUNULMUŞDUR
Əlcəzair Prezidenti Əbdüləziz Buteflika yüksək səviyyədə görüşü açaraq, karikaturaların dərcini “təhlükəli təcavüz” adlandırmışdır. O demişdir: “Millətimiz təhlükəli təcavüzə məruz qalmışdır. Bu təcavüzün hədəfi ən müqəddəs rəmzimiz Məhəmməd Peyğəmbər olmuşdur. Karikaturaların dərc edilməsi söz azadlığı adı altında törədilən fitnəkarlıqdır”.
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, “karikatura qalmaqalı” sübut etdi ki, “qarşılıqlı anlaşmaya nail olmağa aparan yol hələ çox uzundur. Biz söz azadlığına tərəfdarıq, lakin dinlərin təhqir edilməsinin qəti əleyhinəyik”.
İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin İhsanoğlu təhqiramiz karikaturaların mətbuat səhifələrinə çıxarılmasının səbəb olduğu böhranın aradan qaldırılmasında Ərəb Dövlətləri Birliyinin səylərini yüksək qiymətləndirmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [21:28]
Tramp: Zelenskiyə dedik ki, Rusiyanın neft emalı zavodlarını vurma
- 10.10.2026 [18:35]
Macarıstan və Türkiyə diplomatik əməkdaşlığı genişləndirir
- 10.10.2026 [14:15]