Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhkəmə-hüquq sistemi: davamlı islahatlar və nailiyyətlər yolunda

Məhkəmə-hüquq sistemi: davamlı islahatlar və nailiyyətlər yolunda

Bakı, 12 aprel, AZƏRTAC

Müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında xidmətləri misilsizdir. Ölkəmizin məhkəmə-hüquq sisteminin demokratik prinsiplər əsasında bərqərar edilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişindən sonra məhkəmə-hüquq sistemində köklü dəyişikliklər baş verib. Azərbaycan məhkəmə sistemi ciddi nailiyyətlər əldə edib. Prezident İlham Əliyev Ulu Öndərin kursunu davam etdirərək, müasir tələblər çərçivəsində məhkəmə sistemində islahatları daha da dərinləşdirir və yeni səviyyədə səmərəli edir. Kadr siyasətinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli irəliləyişlər özünü göstərir.

Bu fikirlər Bakı Apellyasiya Məhkəməsinin hakimi, Mülki kollegiyasının sədri Rafael Eyvazovun məqaləsində yer alıb. AZƏRTAC həmin məqaləni təqdim edir.

Mütərəqqi məhkəmə-hüquq sisteminin yaradıcısı - Ulu Öndər Heydər Əliyev

Hüquqi dövlətdə məhkəmə sisteminin səmərəli olması çox vacib şərtdir. Qədimdən dövlətlərin idarə edilməsində məhkəmələrin yeri və rolu ilk sıralarda olub. Azərbaycan dövlətçilik ənənəsində isə hüquq həmişə aparıcı yer tutub. Təsadüfi deyildir ki, qədim dövrlərdən başlayaraq Azərbaycanda yaradılmış hər bir dövlət üçün hüququn üç forması bir-biri ilə qarşılıqlı əlaqədə işləyib. Onlardan biri hökmdar hüququ, digəri parlament (Divan, Məclis) hüququ, üçüncüsü isə cəmiyyətin özünütəşkil qaydasını müəyyən edən hüquq normalarıdır. Hüququn (qanunun) aliliyini təmin edən bu hüquqların təmin edilməsində məhkəmə sisteminin rolu əvəzedilməzdir.

Həmin sistem əsasında Azərbaycan məhkəmələrində, bir qayda olaraq, çoxpilləlilik institutu mövcud olub. Hər bir pillədə məhkəmələrin müstəqilliyi, tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin elementləri yer alıb. Hakimlərə qarşı xüsusi tələblərə ayrıca diqqət yetirilib. Eyni zamanda, hakimlərin təminatı daim nəzərə alınıb. Bütün bunlar Azərbaycan məhkəmə sistemində zaman-zaman yeniliklərin həyata keçirilməsi, islahatların aparılması fövqündə baş verib.

Bu kontekstdə tədqiqatçılar orta əsrlərdə aparılmış və "Qazan xan islahatları" kimi tanınan hüquqi islahatları xüsusi vurğulayırlar. Həmin islahatlar Azərbaycanda məhkəmələrin müstəqilliyinin daha səmərəli təmin olunmasına xidmət edirdi. XX əsrin əvvəllərində yaranmış Azərbaycan Xalq Cümhuriyyətində mütərəqqi məhkəmə islahatlarının aparılması istiqamətində çox mühüm addımlar atılmışdı. Lakin bolşevik işğalı bu işi yarımçıq qoydu. Məsələnin önəmli tərəfi ondan ibarət idi ki, Azərbaycan Xalq Cümhuriyyəti Rusiya İmperiyasının Azərbaycanda hakimlərin seçilməsi üsulunu deyil, mərkəzdən (yəni Rusiyadan) təyin edilməsi qaydasını tətbiq etməsinə son qoymalı idi. Bununla məhkəmə sistemi bütövlükdə demokratik, müstəqil və daha ədalətli olmalı idi. Çünki hakim seçilirsə, o daha azad, hüquqa uyğun və ədalətli fəaliyyət göstərə bilir.

Nəhayət, 1923-cü il fevralın 13-də Azərbaycanda Ali Məhkəmə orqanı yaradıldı. Bu, Azərbaycanda məhkəmə sisteminin müasir tələblər səviyyəsində institutlaşmasında mühüm bir addım idi.

Doğrudur, SSRİ tərkibində Azərbaycan kimi, onun məhkəmə sistemi də keşməkeşli yol keçdi. Sirr deyil ki, mərkəzin bir sıra hallarda Azərbaycana qarşı qərəzli mövqe tutması başqa sahələrdə olduğu kimi, məhkəmə sisteminin fəaliyyətində də müəyyən problemlər yaradırdı. Bu neqativ tendensiyaya Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən dərhal sonra son qoyuldu. Həmin sahə üzrə araşdırma aparan mütəxəssislər vurğulayırlar ki, Azərbaycan məhkəmə sistemi dayanıqlı, məqsədyönlü, ədalətli və hüquqa tam əməl etməklə fəaliyyətini davam etdirdi. Bu səbəbdən müasir Azərbaycan məhkəmə sistemi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Bu hadisə XX əsrdə Azərbaycan dövlətçiliyinin, o cümlədən məhkəmə sisteminin müasir tələblərə uyğun bərqərar olması baxımından tarixi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, dövlətçilikdə başlıca prinsiplərdən biri kimi ədalətli olmağı qəbul edən Heydər Əliyev həmin tələbi konkret tezis formasında məhkəmə sisteminin fəaliyyətinin təməlinə gətirdi. Azərbaycan dövlətçilik ənənəsinin əsas şərtlərindən olan həmin tezis sadə, lakin müdrikcəsinə dərin mənalıdır: "Ədaləti ədalətsizliklə bərpa etmək olmaz".

Biz bu tezisin fəlsəfi-hüquqi anlamı üzərində dayanmırıq, çünki çox geniş mövzudur. Burada onu vurğulayaq ki, həmin tezis məntiqi olaraq məhkəmə fəaliyyətində iki aspekti önə çəkirdi: birincisi, məhkəmə sistemi istənilən situasiyada və kimliyindən asılı olmayaraq hər bir insana qarşı ədalətli olmalıdır, ikincisi, tarixi vəziyyətin dəyişməsi ilə məhkəmə sistemi daim yeniləşməli, onda islahatlar aparılmalıdır. Birinci şərt Azərbaycanda dövlətçilik ənənəsinə sadiqliyi ifadə edirsə, ikinci şərt daim yeniləşən dünyada məhkəmənin də yeniləşməsi zərurətini ortaya qoyur.

Müstəqil Azərbaycan dövlət quruculuğu mərhələsində bu məqamların tarixi əhəmiyyəti konkret praktikada özünü qabarıq surətdə göstərməkdədir. Bu prosesin də bünövrəsini Ulu Öndər Heydər Əliyev qoymuşdu. Ümummilli Lider bu prosesin müasir hüququn prinsiplərinə tam uyğun, demokratik dövlət quruculuğu şərtləri daxilində həyata keçirilməsinə birbaşa rəhbərlik etmişdi. 1995-ci ildə yeni Konstitusiyanın qəbul edilməsi vurğuladığımız kontekstdə hüquqi baza rolunu oynadı. Bununla müasir dövlətçilik tariximizdə ilk dəfə olaraq hakimiyyətin bölgü prinsipinin, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun hüquqi əsaslarının, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatının əsası qoyuldu.

Heydər Əliyev yeni Konstitusiyanın tarixi əhəmiyyəti barədə 12 noyabr 1995-ci ildə Konstitusiya layihəsini hazırlayan Komissiyanın iclasında belə demişdir: "Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq".

Prezident İlham Əliyev: islahatlar genişlənir və dərinləşir

Ulu Öndər hüquqi islahatları sistemli, ardıcıl formada davam etdirmək üçün bu prosesin institutlaşdırılmasına da güclü təkan verdi. Onun əsas əlaməti 1996-cı il 21 fevralda xüsusi sərəncamla Hüquqi İslahat Komissiyasının yaradılmasından ibarət oldu. Komissiya peşəkar səviyyədə müasir qanunlar və digər hüquqi aktların hazırlanaraq qəbul edilməsi istiqamətində fəaliyyət göstərməyə başladı. Komissiya tərəfindən "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında" qanunlar hazırlandı. Ölkədə birinci, apelyasiya və kassasiya instansiyalarından ibarət yeni üçpilləli məhkəmə sistemi formalaşdırıldı.

Bu yeniliklər məhkəmə sistemində ciddi dəyişikliklər etdi və mexanizmlərin daha səmərəli işləməsinə imkan yaratdı. Məsələn, 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyev tərəfindən 32 əfv fərmanı imzalanıb ki, bu da 3104 məhkumun azadlığa çıxmasına imkan yaradıb. Heydər Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclis 1996-2003-cü illərdə 8 amnistiya haqqında qanun qəbul etmişdi. Nəticədə həmin müddətdə 20 mindən çox məhkum azadlığa buraxılmışdı. Azərbaycan müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə tədbirlər həyata keçirilmişdi.

Prezident İlham Əliyev Ulu Öndərin bu istiqamətdə müəyyən etdiyi kurs əsasında məhkəmə sistemində islahatları daha da genişləndirmiş və XXI əsr üçün onun konkret istiqamətlərini müəyyən etmişdi. Bu barədə dövlət başçısı Ali Məhkəmənin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda aşağıdakıları vurğulayıb: "Məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsi, hüququn aliliyinin təmin edilməsi, məhkəməyə müraciət imkanlarının genişləndirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin artırılması, yüksək hüquqi biliklərə malik hakim korpusunun yaradılması, məhkəmə fəaliyyətinin yeni informasiya texnologiyalarının tətbiqi yolu ilə təkmilləşdirilməsi bu inkişaf prosesinin mühüm istiqamətləridir".

Əlbəttə, məhkəmə islahatları daimi prosesdir. Dövlət başçısı İlham Əliyev bu bağlılıqda ifadə etmişdir ki, "bu islahatların əvvəli var, amma sonu yoxdur". Məhz həmin kontekstdə İlham Əliyevin 2019-cu il aprelin 3-də imzaladığı Fərmanı tarixi adlandırmaq olar. Bununla Azərbaycanda məhkəmə islahatları müasir çağırışlara uyğun olaraq yeni mərhələyə keçid etmişdir. Həmin sənədin icrası çərçivəsində qısa müddətdə bu sahədə nəhəng işlər görülmüş, institusional tədbirlər çərçivəsində 13 regional məhkəmə, o cümlədən bölgələrdə ayrıca inzibati və kommersiya məhkəmələri yaradılmış, özəl ekspertiza təsbit olunmuş, mediasiya institutu fəaliyyətə başlamışdı.

İslahatlar daxilində artıq Mülki-Prosessual Məcəlləyə 350-dək dəyişikliklər edilib, o cümlədən sadələşdirilib və yazılı icraat genişləndirilib. Məhkəmə proseslərində videokonfrans və elektron icraat tətbiq edilməkdədir. Məhkəmə rüsumlarının diferensiasiyasının tətbiqi də diqqət çəkən faktlardandır.

Azərbaycan Prezidentinin müdrik siyasəti nəticəsində məhkəmə sistemi sahəsində əhəmiyyətli institusional tədbirlər görülüb. Bu kontekstdə məhkəmə hakimiyyətinin müstəqil özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası və həmçinin Hakimlərin Seçki Komitəsinin yaradılmasını ayrıca vurğulamaq lazımdır. Hakimliyə namizədlərin ən mütərəqqi və şəffaf seçimi qaydası müəyyən olunub.

"Elektron məhkəmə" informasiya sisteminin yaradılması da bu bağlılıqda çox önəmli addımdır. Çünki bu fakt ümumilikdə elektron hökumətin fəaliyyətinin genişləndirilməsində, kadr seçimi ilə bağlı daha obyektiv və əsaslı qərarların qəbul edilməsində, rəqəmsal idarəetmə çərçivəsində rəqəmsal məhkəmənin formalaşdırılmasında olduqca geniş imkanlar meydana gətirib.

Bu gün tam əminliklə söyləyə bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.

Bütün bunların fonunda Azərbaycanda ali məhkəmə orqanının yaradılmasının 100 illiyinin "Heydər Əliyev İli"ndə qeyd olunması təkcə rəmzi məna daşımır. Bu, həm də müstəqil Azərbaycanın demokratik, ədalətli və daim yeniləşən məhkəmə sisteminin qurucusunun Ümummilli Lider Heydər Əliyev olduğunu faktlarda təsbit edir! Azərbaycan Prezidentinin müdrik rəhbərliyi ilə vurğulanan istiqamətdə yeni böyük uğurlara imza atılacağına əminik!

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADA Universitetinin Qazax Mərkəzində “Bir Müəllimin Manifesti” proqramının yeni tədris ilinə start verilib

Zaqatalada Bəkməz çayının yaratdığı fəsadlar aradan qaldırılır

Bu ilin 9 ayında “Diri Baba” türbəsini 12 mindən çox xarici turist ziyarət edib

Xidmət rəisi: Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik

Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib

BMT-də Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı bəyanat səsləndirilib

Nazir müavini: Məlumatlar qorunmalı, gecikdirilmədən açıqlanmalı və onlardan istifadə edə biləcək müvafiq qurumlara çatdırılmalıdır

Ağdam rayonunun Xıdırlı kənd tam orta ümumtəhsil məktəbinə Ayköl Manasın adının verilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Bakıda “PostEurop” Baş Assambleyasına həsr olunmuş poçt markası möhürlənib

BMT-nin Baş katibi ABŞ-İran müharibəsinə və onun qlobal ticarətə vurduğu zərərə son qoymağa çağırıb

Kimya İnstitutunda alternativ enerji və yaşıl kimya istiqamətində tədqiqatlar aparılır

“Azərpoçt” rəsmisi: Beynəlxalq əməkdaşlıq poçt sektorunun inkişafının təməlini təşkil edir

Səməd Vurğunun oğlu: Sonra anam balışının altından tapança tapdı…

İqtisadi Zonaların İnkişafı Agentliyi Adana Hacı Sabancı Organize Sənaye Zonası ilə memorandum imzalayıb

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

Əli Nağıyev: Bu il oktyabrın 1-dək 913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb

Cənubi Koreya “Nuri” raketinin 5-ci buraxılışında 15 peylki orbitə göndərib

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

“E-rüsum” üzrə ödənilmiş dövlət rüsumlarının məbləği 52,7 milyon manat təşkil edib

Dövlət Turizm Agentliyi “Diri Baba” türbəsinə mediatur təşkil edib

Elena Fernandez-Rodriguez: Azərbaycanın “PostEurop” Baş Assambleyasına ev sahibliyi etməsi böyük məsuliyyətdir

Azərbaycanın iki basketbol klubu Avropa Kubokunda mübarizəyə başlayır

Prezident: Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır

ADAU-da su israfının qarşısının alınması ilə bağlı tələbələrlə görüş olub

Neft bahalaşıb VİDEO

Neft bahalaşıb VİDEO

Manaf Babayev: Poçt sektoru sürətli transformasiya mərhələsindədir

Prezident İlham Əliyev: İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan nefti 120,68 dollara satılır VİDEO

Azərbaycan Prezidenti: Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb

Ölkənin əksər yerlərində yağıntılı hava şəraiti davam edir – FAKTİKİ HAVA

“İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransın iştirakçılarına

Azərbaycanın daha 4 cüdoçusu dünya çempionatında tatamiyə çıxır

Bakıda “PostEurop” Baş Assambleyası və Biznes Forumu işə başlayıb

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans işə başlayıb YENİLƏNƏCƏK

Kiyev raketlərlə vurulub, ölənlər var

Azərbaycan Astanada Dünya və Ənənəvi Din Liderlərinin Qurultayı Katibliyinin iclasında təmsil olunur

Qaxda “Şən Bazar” festivalı keçiriləcək

Qazaxıstan Xəzərin qorunması üzrə dövlətlərarası proqram hazırlayır

Bu gün Ümumdünya Layiqli Əmək Günüdür

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Messinin vida matçı Argentinanın Benin üzərində qələbəsi ilə başa çatıb

Yasamal və Biləcərinin bəzi ərazilərində işıq olmayacaq

Alyaskada 5,7 bal gücündə zəlzələ baş verib

Vens: İran nüvə proqramı ilə bağlı konkret addımlar atmalıdır

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub