Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

Bakı, 27 fevral, AZƏRTAC

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildiriblər ki, iclasda məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ötən il görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək ötən il dahi öndər Heydər Əliyevin dövlət inkişafı kursunun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini, Azərbaycanda sabitliyin və hərtərəfli tərəqqinin təmin olunduğunu, dövlətimizin iqtisadi potensialının yüksəldiyini, o cümlədən Dünya Bankının “Doing Business 2019” hesabatında 32 pillə irəliləyərək dünyada 25-ci yer tutduğunu və ən islahatçı 10 dövlət sırasında olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, ötən il məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması və işin keyfiyyətinin yüksəldilməsi üzrə ardıcıl tədbirlər görülüb.

Dövlətimizin başçısının tapşırığı ilə yaradılmış “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi məqsədilə qanunvericiliyə edilmiş dəyişikliklər elektron sənəd dövriyyəsinin təmin edilməsinə, o cümlədən iddia ərizələrinin onlayn verilməsinə, məhkəmə rüsumlarının elektron ödənilməsinə, iş üzrə məlumat və qərarların alınmasının elektron həyata keçirilməsinə, məhkəmə iclaslarının audio-video yazılışının aparılmasına şərait yaradıb. Bu məqsədlə ölkə üzrə mövcud olan 111 məhkəmədən 60 faizi müasir İKT ilə təchiz edilib, bu sahədə işin tam yekunlaşması üzrə tədbirlər görülür.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə cəza siyasətinin humanistləşdirilməsi, o cümlədən bəzi əməllərin dekriminallaşdırılması ilə əlaqədar məhkəmələr tərəfindən 6 minə yaxın məhkum haqqında sənədlərə baxılaraq təmin edilib. 4200-dən çox şəxs cəzadan azad olunub, yaxud cəza müddətləri azaldılıb. Həbsə alternativ cəzaların tətbiqinin genişləndirilməsi məqsədilə elektron qolbaqların tətbiqinə başlanılıb və artıq 900-dən çox məhkuma elektron qolbaq tətbiq edilib.

Hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Akademiyası ilə birgə təşkil olunan təlimlərdə bütün hakim korpusu əhatə olunub, Avropa Konvensiyasının tətbiqi və presedent hüququ ilə bağlı məhkəmənin hakimi və təcrübəli ekspertlərin iştirakı ilə videokonfrans vasitəsilə distant təlimlərə başlanılıb.

Müasir məhkəmə infrastrukturunun yaradılması məqsədilə 2018-ci ildə Dünya Bankı ilə birgə layihələr çərçivəsində və dövlət büdcəsi hesabına Bakı şəhərinin Binəqədi və Zaqatala rayon məhkəmələri üçün yeni, müasir İKT-lərlə təchiz olunmuş məhkəmə binaları inşa edilərək istifadəyə verilib. Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhərinin Suraxanı, habelə Masallı rayon məhkəmələri üçün hazırda yeni inzibati binaların inşası aparılır.

Binəqədi rayon məhkəməsinin yeni binasının ölkə Prezidenti tərəfindən açılışının həyata keçirilməsi məhkəmə hakimiyyətinə diqqət və dövlət qayğısının təzahürü olub.

Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə mütərəqqi islahatlarımız nüfuzlu beynəlxalq təsisatlar tərəfindən təqdir edilib.

Eyni zamanda, səlahiyyət müddəti başa çatan 80-dən çox hakimin fəaliyyəti ətraflı və prinsipial təhlillər aparılmaqla qiymətləndirilib, 16 nəfəri apellyasiya məhkəmələrinə irəli çəkilib, 61 nəfəri yenidən müxtəlif hakim vəzifəsinə təyin edilib. Yuxarı instansiya məhkəmələrində olan 30 vakansiya zəruri keyfiyyətlərə malik hakimlərlə tam komplektləşdirilib və apellyasiya məhkəmələrinin sədr müavini və kollegiya sədrləri təyin olunub.

Bununla yanaşı məhkəmələrin iş yükü üzrə ətraflı təhlillər aparılmaqla ehtiyatda olan 50 hakim ştatı birinci instansiya məhkəmələri üzrə tam paylanılıb. Hakimlərin obyektiv seçimi nəticəsində 800-dən çox namizəddən 108 nəfər hüquqşünas çoxmərhələli imtahanları, bir il müddətində davam edən təlimləri və məhkəmələrdə, o cümlədən Türkiyədə və Avropa Məhkəməsində stajkeçməni uğurla başa vuraraq dövlət başçısı tərəfindən müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin olunub. Bununla da bütün hakim korpusunun 70 faizdən çoxunu yeni, mütərəqqi qaydalarla seçilmiş hakimlər təşkil edib. Həmçinin nəticədə məhkəmə sistemində mövcud vakansiyaların tam əksəriyyəti komplektləşib.

Həyata keçirilən qanunvericilik tədbirləri nəticəsində məhkəmələrdə baxılan işlərin sayı 20 faizədək azalıb. Bununla yanaşı, cari ildən əmr icraatları üzrə işlərə məhkəmədənkənar elektron qaydada baxılması, məhkəmə iclaslarının təyin edilməsi müddətlərinin dəqiqləşdirilməsi və təxirə salınması hallarının qanunla məhdudlaşdırılması, bəzi kateqoriya işlər üzrə sadələşdirilmiş icraatın təsbit olunması iş yükünün daha da azalmasına əsaslı zəmin yaradacaq. Bütün bunlar məhkəmələrdə süründürməçilik hallarının qarşısının alınmasına, işlərə vaxtında və keyfiyyətlə baxılmasına xidmət edəcək.

İclasda qeyd edilib ki, görülmüş tədbirlərə baxmayaraq, məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, xüsusilə korrupsiya, süründürməçilik, vəzifədən sui-istifadə halları tam aradan qaldırılmayıb.

Ölkə başçısının vətəndaşlara qayğılı münasibət göstərilməsi, korrupsiyanın yolverilməzliyi, bütün sahələrdə dürüstlüyün və şəffaflığın təmin edilməsi ilə bağlı tapşırıqlarını qeyd edən Şuranın sədri hakim adına və nüfuzuna xələl gətirən halların qarşısının qətiyyətlə alınması üzrə qarşıda duran vəzifələri vurğulayıb. Yuxarı instansiya məhkəmələrinin diqqəti yol verilən pozuntulara cəlb edilməklə belə hallara qarşı prinsipiallığın artırılmasının vacibliyi nəzərə çatdırılıb.

2019-cu ildə 100-dən çox hakimin, o cümlədən Ali Məhkəmənin 22, apellyasiya məhkəmələrinin 38, birinci instansiya məhkəmələrinin isə 42 hakiminin fəaliyyətinin qiymətləndirilməsinin nəzərdə tutulduğu qeyd edilərək, tələbkarlığın, xüsusilə məhkəmə sədrlərinin məsuliyyət hissinin artırılması üzrə konkret tapşırıqlar verilib. Bildirilib ki, ötən il vətəndaşlarda haqlı narazılıq doğuran pozuntulara görə Şura tərəfindən 14 hakimin fəaliyyəti qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyri-məqbul qiymətləndirilməklə səlahiyyətlərinə xitam verilib, habelə 4 məhkəmə sədri aşağı işə keçirilib. 6 hakim intizam məsuliyyətinə cəlb edilib, 2 nəfərin tutduğu vəzifədən azad edilməsi, 1 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarlar qəbul olunub.

Ümumiyyətlə isə Şuranın fəaliyyət göstərdiyi 2005-ci ildən hakimlər barədə 250-dən çox intizam icraatı başlanılıb, 122 hakim qanunvericiliklə nəzərdə tutulmuş müxtəlif əsaslarla, o cümlədən, 14 nəfər intizam qaydasında, 74 nəfər səlahiyyət müddəti bitdiyinə görə, 34 nəfər isə yaş həddinə çatması ilə əlaqədar səlahiyyət müddəti uzadılmayaraq məhkəmə sistemindən kənarlaşdırılıb.

Ötən ilin sonunda paytaxtda və bölgələrdə bütün məhkəmə sədrlərinin və hakimlərin iştirakı ilə geniş müşavirələr keçirilərək ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə tədbirlər, məhkəmə fəaliyyətində mövcud problemlər, yol verilən nöqsanlar və onları doğuran səbəblər ətraflı təhlil olunub, korrupsiyaya şərait yaradan halların yolverilməzliyi qəti şəkildə diqqətə çatdırılıb.

Məhkəmə-Hüquq Şurasının iclasında çıxış edən Ali Məhkəmənin sədri Ramiz Rzayev ölkə başçısının korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi və nəzarətin gücləndirilməsi barədə qəti tapşırıqlarının məhkəmə fəaliyyətinin təkmilləşdirilməsində əsas “yol xəritəsi” olduğunu vurğulayıb, bu sahədə əlavə mexanizmlərin müəyyənləşdirildiyini və vahid məhkəmə təcrübəsinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib, yol verilən pozuntulardan ciddi nəticələr çıxarılmasının zəruriliyini bildirib.

Şuranın iclasında, həmçinin qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına, süründürməçilik və digər pozuntulara yol verdiklərinə görə Şabran rayon məhkəməsinin sədri Çingiz İsgəndərova, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin hakimi Teymur Qurbanova, Quba rayon məhkəməsinin hakimi İlqar Məmmədova, Abşeron rayon məhkəməsinin hakimi Sevinc Quliyevaya, Mingəçevir şəhər məhkəməsinin hakimi Ələkbər Hüseynova və Xaçmaz rayon məhkəməsinin hakimi Vladimir Ruvinova töhmət verilib, Abşeron rayon məhkəməsinin hakimi Vaqif Həsənova irad tutulub, bir neçə hakim barədə intizam icraatları başlanılıb.

Qanunvericiliyin tələblərinin kobudcasına pozulmasına və korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Sumqayıt şəhər məhkəməsinin hakimi İlyas Mahmudovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Yaşar Həşimovun tutduğu vəzifədən azad olunaraq başqa işə keçirilməsi, habelə korrupsiyaya dair konkret faktların araşdırılıb hüquqi qiymət verilməsi üçün materialların Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi barədə qərar qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Ağcabədidə aqrar sahənin 2026–2030-cu illər üzrə inkişaf prioritetləri müzakirə olunub YENİLƏNİB VİDEO

Prezident Kitabxanasında Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunmuş dəyirmi masa

“Saxta məlumatlara qarşı rəqəmsal bacarıqların inkişafı” layihəsinə start verilir

Valideynlərə yeni təmayül tədris modeli barədə məlumat verilib

Leyla Əliyeva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

Deputat: Məktəblərdə vahid geyim forması beynəlxalq təcrübədə geniş tətbiq olunur

Türk Strateji Düşüncə Mərkəzinin rəhbəri: Hər gəlişimdə Azərbaycanı daha da inkişaf etmiş görürəm

AFFA-da 5 ulduz sertifikatlaşdırma modelinin ilkin təqdimatı baş tutub

Təklif olunan dəyişikliklər şagirdlər və pedaqoji heyət üçün vahid yanaşmanın formalaşdırılmasına xidmət edir

Nazir müşaviri: Dayanıqlı İnkişaf Məqsədlərinin yalnız 17 faizi üzrə hədəflərə nail olunması plan üzrə irəliləyir

Dünyanın beş varlı insanı bir gün ərzində sərvətlərinə 336 milyard dollar əlavə edib

Erməni orta məktəblərində nifrət nitqi və tarixi faktların saxtalaşdırılmasına dair kitabın təqdimatı olub

SOCAR və IPA layihə idarəetmə sistemlərinin təkmilləşdirilməsini nəzərdən keçirib

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Lənkəranda regional müşavirə: 2026–2030-cu illərin Dövlət Proqramından irəli gələn vəzifələr diqqət mərkəzindədir YENİLƏNİB VİDEO

Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb

Sabah Bakıda 34, bəzi rayonlarda isə 35 dərəcəyədək isti olacaq

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi start götürəcək

Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub

Fariz İsmayılzadə: Məqsəd dünyada tətbiq olunan ən müasir təcrübəni Azərbaycana gətirməkdir

İlham Bayramov: Qarabağ iqtisadi rayonu üzrə planlaşdırılan suvarma suyunun 62,7 faizi dənli və yem bitkilərinə yönəldiləcək

“Şəfa” Elnur Cəfərovla müqavilə müddətini uzadıb

® Prezidentin regionların inkişafı çağırışına dəstək: “Prime Cotton” baş ofisini Mingəçevirə köçürür

“Məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti haqqında” 1-məktəbdənkənar təhsil №-li illik rəsmi stаtistikа hеsаbаtı fоrmаsı və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Şamaxıda 200-ə yaxın sahibkar istehlakçı hüquqları mövzusunda maarifləndirilib

Azərbaycanın stolüstü tennisçisi Çində hazırlıq keçəcək

480 min hektar örüş və otlaq sahəsinin bərpasının təşviqi nəzərdə tutulur

® ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur

Şəkidə yaş barama tədarükünə başlanılıb

Qubada superintensiv meyvə bağlarının sahəsinin 18 min 500 hektara çatdırılması planlaşdırılır

Rizvan Nəbiyev: Nifrət ideologiyasının dərsliklər vasitəsilə aşılanması gələcək nəsillərə ciddi təsir göstərir

Qazaxıstan 2030-cu ilədək dəmir yolu tranzitinin həcmini ikiqat artırmaq niyyətindədir

Lənkəranda çəltik və çay istehsalının artırılması idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaldacaq

BDU-da yaz imtahan sessiyası davam edir

İsrail İrana qarşı planlaşdırılan genişmiqyaslı hücumun son anda dayandırıldığını açıqlayıb

Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb

Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlər üçün geyimlə bağlı tələblər müəyyən edilir

Dövlət Proqramında 150 min ton əlavə taxıl silolarının qurulması üçün dəstək mexanizmlərinin tətbiqi nəzərdə tutulur

Nasar Hayat: Azərbaycan yaşıl iqtisadiyyata keçid istiqamətində mühüm nailiyyətlər əldə edib

22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır

Quba, Siyəzən, Abşeron və Xızı dəmyə əkinçiliyi rayonlarının sırasına daxil edilib

Daşkənddə V Beynəlxalq İnvestisiya Forumu işə başlayıb

Brüssel Vaşinqtonun Avropanı Ukrayna danışıqlarından kənarda saxlayacağından qorxur

Nazir müavini: Buğda istehsalının inkişafı üzrə 8 perspektiv rayon müəyyən edilib

Astarada vətəndaşlara hüquqi yardım aksiyası təşkil edilib

2030-cu ilə qədər müasir suvarma sistemləri quraşdırılmış sahələrin 300 min hektara çatdırılması proqnozlaşdırılır

Tunis millisinə yeni baş məşqçi təyin olunub

“Mənim evim” film layihəsi beynəlxalq proqramda iştirak edib

FAO: Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsində özəl kapitalın rolu artırılmalıdır

Putin RF Dövlət Dumasına seçkilərin vaxtını təyin edib

Bolonyada Milli Qurtuluş Gününə həsr olunmuş sərgi açılıb

Toral Bayramov: Portuqaliya millisi dünya çempionatındakı favoritimdir

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin Qars şəhərində rəsmi səfərdə olub

Konqoda Ebola virusuna yoluxanların sayı 808 nəfərə çatıb

“Türk xalqlarının folkloru” seriyasından növbəti nəşr işıq üzü görüb

Zaur Əliyev: Buğda istehsalı üzrə 22 hədəf rayon müəyyən edilib, Ağcabədi, Ağdam, Bərdə və Tərtər də bu siyahıdadır

Bakı və Ankara regional liderlik yolunda: Orta Dəhlizin geosiyasi gücü

Məktəbdaxili nizam-intizamın və təşkilati mühitin gücləndirilməsi diqqət mərkəzindədir

Bu saata olan əsas xəbərlər

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

Ahıllar evinin sakinləri beynəlxalq festivalda ikinci yerə çıxıblar

Nazir müavini: Dövlət Proqramı konkret hədəflərə, icra mexanizmlərinə və nəticə göstəricilərinə əsaslanır

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin mütəxəssisləri Türkiyə təcrübəsini öyrəniblər

Özbəkistan 28 növ nadir mineralın sənaye istehsalını təşkil edəcək

ADSEA rəsmisi: Qarşımızda duran ən böyük çağırışlardan biri mövcud ehtiyatlara uyğun əkin strukturunun yaradılmasıdır

Bakıda keçiriləcək UFC turnirinə 67 ölkədən biletlər alınıb

Zaur Mikayılov: Şimal və şimal-şərq bölgələrinin su təminatının yaxşılaşdırılması istiqamətində genişmiqyaslı layihələr icra olunur

Qanunvericiliyin təkmilləşdirilməsi daha təhlükəsiz rəqəmsal mühitin formalaşmasına töhfə verə bilər – RƏY

Media: Hörmüz boğazında gəmiçiliyin bərpası bir ay çəkə bilər

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Natiq Məmmədli: Azərbaycan mediası yeni çağırışlara daha çevik reaksiya verəcək

Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib

İlhamə Qədimova: Yeni Dövlət Proqramında buğda istehsalı üzrə 22 rayon hədəf olaraq müəyyən edilib

Alimlər Fərat çayının qədim mənşəyini araşdırırlar

SESRIC rəhbəri: Halal iqtisadiyyatda standart fərqləri və məlumat çatışmazlığı əsas çağırışlardandır

Böyük Britaniyada yerli seçkilərdə namizəd olan azərbaycanlı: İlk seçki təcrübəm mənim üçün dəyərli dərs oldu

DİM Azərbaycan dili imtahanı verəcək şəxslərə müraciət edib

Seymur Səfərli: 2030-cu ilə qədər süd istehsalının 10 faiz, mal əti istehsalının isə 20 faizdən çox artırılması hədəflənir

Danimarka hərracından alınan Bakı təsvirli unikal əsər geniş ictimaiyyətə təqdim edilib

Nazir müavini: Məhsuldarlığın maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdən biridir

Alimlər kosmosda həyat axtarışı üçün yeni metod hazırlayıblar

“Divlər sarayı”nın izi ilə: Azıx qəbiləsindən alp babalarımıza uzanan yol

Ekoloqlar: İqlim böhranına davam gətirə biləcək təqribən 166 min kvadratkilometr mərcan rifləri mövcuddur

Şahmar Mövsümov: Kənd təsərrüfatının davamlı inkişafı üçün zəruri baza formalaşdırılıb

Ötən həftə 51 mina və 497 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

Güləş Federasiyasında yeni komitə yaradılıb

Fazil Novruzov: Yeni reallıqlar informasiya siyasətinə yeni yanaşma tələb edir

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədə intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidi sürətləndirəcək

Narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olunub

Fransa Hörmüzdə minatəmizləmə əməliyyatlarına qoşula bilər

Natiq Əmirov: Aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının əsas hədəfi ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır

DÇ-2026-nın ilk altı günündə Qətər mundialından daha çox avtoqol qeydə alınıb

Yaponiyada ölümcül gənə xəstəliyi sürətlə yayılır

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO

Qubada aqrar sahə ilə bağlı yeni Dövlət Proqramının müzakirəsinə həsr olunan regional müşavirə keçirilir VİDEO

HDC rəsmisi: Halal iqtisadiyyat KOB-lar üçün inkişaf və təkmilləşmə aləti kimi çıxış edir

ABŞ-nin dəniz blokadasını aradan qaldırmasından sonra İranın beş gəmisi Hörmüz boğazından keçib

® “AzInTelecom” 73 mindən çox saxta IMEI kodu bloklayıb

Qanunsuz balıq ovu ilə bağlı 15 inzibati protokol tərtib edilib, 1 fakt üzrə cinayət işi açılıb

Ameen Alsaadi: Dayanıqlı halal biznes modellərinin formalaşdırılmasında güclü idarəetmə və etik prinsiplər əsas rol oynayır

Dövlət Komitəsi sədrinin Lerikdə vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib

Birinci rübdə Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyanın həcmi açıqlanıb