Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mehriban Ələkbərzadə: 65 yaşdan yuxarı işçilərlə müqavilə gündəmin ən çətin məsələsidir – MÜSAHİBƏ

Mehriban Ələkbərzadə: 65 yaşdan yuxarı işçilərlə müqavilə gündəmin ən çətin məsələsidir – MÜSAHİBƏ

Akademik Milli Teatrın səhnəsinə vəsiqə alan əsərlərin yüksək bədii dəyəri olmalıdır

Bakı, 30 sentyabr, Abdulla Suvar, AZƏRTAC

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Mehriban xanım, vaxtı ilə işlədiyiniz Milli Dram Teatra yenidən gəlişiniz sizdə hansı ovqat yaratdı?

-İlk növbədə onu deyim ki, mən evimə qayıtdım. Əslində bu, həm də bir zərurət idi. 25 il çalışdığım teatrdan məcburi səbəblərdən uzaq düşmüşdüm. Onillik fasilədən sonra nəhayət ki, doğma teatra qayıtdım. 10 illik zamanda ölkəmizin az qala bütün paytaxt teatrlarında çalışmışam. Hər teatra da öz töhfəmi vermişəm. Çalışdığım sənət ocaqlarının inkişafında da az-çox xidmətim olub. Bu xidmətim sevgi ilə olub. Amma Milli teatr mənim yaradıcılığımın beşiyidir. Xüsusidir. Odur ki, bu qayıdış zərurət idi.

-Prezident İlham Əliyev Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Bədii rəhbəri olduğunuz sənət ocağı bu əlamətdar yubileyi necə qeyd edir?

- Əlbəttə, 150 illik tarix, əslində, böyük hesabatdır. Teatr xalqımızın mədəni sərvətidir, onun qorunması və inkişaf etdirilməsi Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir. Teatr mədəniyyətin ən intellektual və ən çətin növüdür. Teatr hər bir millətin mədəni səviyyəsinin göstəricisidir. Bu səbəbdən xüsusi dəyərə, xüsusi əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, son illər, hətta son günlər biz tariximizin ən qürurlu səhifəsini yaşayırıq, o zaman çiynimizə daha böyük vəzifə düşür. Biz Zəfərimiz və Ordumuzun qəhrəmanlığı ilə bağlı əsərlərə səhnə həyatı verilməli, torpağımızın işğaldan azad edilməsində göstərilən şücaəti əks etdirməliyik. Artıq mühüm çalışmalara start verdik. Biz bu ideya üçün müasir dramaturqlardan tutmuş, istedadlı teatr rejissorları, rəssamları və bəstəkarlarının xüsusi müsabiqəsinə başlayacağıq. Bu fəaliyyəti gerçəkləşdirmək üçün hüquqi müstəvidə işlər gedir.

Teatrın ənənəvi fəaliyyətinə gəldikdə repertuar siyasəti əsas gündəmdədir. Sonuc budur ki, Akademik Milli Teatrın səhnəsinə vəsiqə alan əsərlərin yüksək bədii dəyəri olmalıdır. Eksperiment, sınaq xarakterli işlər bu teatra yaraşmır. Ona görə də teatrın bu günü və sabahı naminə bütün məram və hədəfləri nəzərə alaraq bu ilin mayından həm bu il, həm də gələn il və sonrakı il üçün repertuar planını hazırlamışıq. Şübhəsiz ki, 150 illik tarix böyük bayramdır. Həm də təkrar edirəm, hesabat və xidmətin miqyasına bir baxışdır. Milli teatrın şərəfli keçmişi var. Amma işıqlı sabahı da olmalıdır deyə, son durğunluq illərinin əvəzini çıxmalıyıq. Biz də peşəkar milli teatrımızın 150 illik yubileyinə yeni tamaşalarla öz töhfəmizi vermək istəyirik.

- Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə yeni mövsümü açdı. Yeni mövsümə necə hazırlaşmısız, səhnəyə qoyulan yeni tamaşalar hansılar olacaq?

-Teatr tamaşası bir aya, bir həftəyə başa gəlmir. Yeni tamaşa deyəndə onun arxasında azı üç aylıq bir zaman dayanır. Ötən teatr mövsümünün sonunda repertuarda olan bütün tamaşalarına xüsusi baxış keçirdik. Yeni mövsümdə onların hansını əvəzlənməsi, hansının üzərində iş aparılması barədə iş apardıq. Məsələn, repertuardakı “Qarabağnamə” tamaşası. Madam ki, bu əsər bizim repertuarda mütləqdir, o zaman əsəri yeni quruluşda hazırlamaq qərarına gəldik. Tamaşanın əvvəlki variantı Qarabağın işğalı vaxtı hazırlanmışdı. Köhnə tamaşadır. İndi biz zəfər dolu tarix yaşayırıq. Hadisələrə baxışımız dəyişib. Qarabağ öz əzəli və əbədi sahibinə qayıdıb. Ona görə də tariximizə, keçmişimizə də yeni gözlə baxmaq zərurəti yaranıb. Yeni aktyor heyəti və yeni konsepsiya ilə bu əsərə yeni quruluş verilməlidir. Bu isə zaman və vəsait tələb edir. Bizim isə siyahımızda yetərincə belə tamaşalar var. Əlbəttə, repertuar dəyişilməlidir. Milli teatrın repertuarında mütləq H.Cavid, C.Cabbarlı, M.F.Axundzadənin yeni quruluşda yeni tamaşaları da olmalıdır. Amma bu uzun zaman tələb edir. 2024-cü və 2025-ci illər repertuarında bu işlər reallaşmalıdır.

Bu yeni mövsüm planında üç yeni tamaşanın hazırlanmasını nəzərdə tutmuşuq. Nəzərə alın ki, bu 3 tamaşa planlaşdırılmamış, nəzərdə tutulmayan, ekstra qərarla hazırlanan tamaşalardır. Biz bu ilin oktyabrında teatra dəvət edilmiş rejissor Ərşad Ələkbərovun quruluşunda Anarın “Dantenin yubileyi” tamaşasının premyerasını, noyabr ayında isə rejissor Nihad Qulamzadənin quruluşunda Ş.Qurbanovun “Sənsiz” tamaşasının premyerasını keçirəcəyik. İlin sonunda isə teatrsevərlərə mənim quruluşumda “Əsrə bərabər gün” tamaşası təqdim edəcəyik. “Əsrə bərabər gün” teatr tariximizdə olduqca mürəkkəb, mühəndis qurğulu, yeni bir tamaşa kimi nəzərdə tutulub. Bu, çox böyük zəhmət və zaman tələb etsə də, biz kosmik sürətlə bu ilin sonuna qədər ona səhnə həyatı verməyə çalışacağıq.

- İkinci Qarabağ müharibəsində tarixi Zəfərdən bəhs edən əsərlər təqdim olunacaqmı?

-Əlbəttə. Teatr həmişə fəal mövqeyi ilə seçilib və ictimai fikrin ön sıralarında dayanaraq cəmiyyətin mədəni tərəqqisinə və milli şüurun inkişafına əhəmiyyətli təsir göstərib. Vətən müharibəsi, düşmən üzərində xalqımızın əldə etdiyi böyük Qələbə, Ulu Öndərin sözləri ilə desək, Azərbaycanın “dünyaya günəş kimi doğmağı” yeni bir tarixi situasiya, ölkəmizin həyatında başlanan yeni bir mərhələ yaradıb. Bu gün bizim də bu məzmunda tamaşalara quruluş vermək, əslində, bizim xidməti borcumuzdur. Bu teatrın qələbəmizə verə biləcəyi töhfədir.

Zəfərimizlə bağlı təqdim edilən tanış olduğumuz əsərlər içində cəmi iki pyes daha müsbət dəyərləndirilir. Onları da 2024-cü ilin iş planına daxil etmişik. Bunlar iyun ayından bəri görülən işlərdir və güman edirəm ki, teatrsevərləri ölkənin baş teatrının səhnəsində çox maraqlı tamaşalar gözləyir..

-Peşəkar bir sənət adamı kimi sizcə, bu gün Azərbaycanda teatr sahəsində nə kimi problemlər var?

-Bu gün teatrlarımızda ciddi problem - yeni nəsil, gənc kadr məsələsidir. Müvafiq əmrə əsasən 65 yaş və bu yaşdan yuxarı işçilərlə müqavilə məsələsi gündəmin ən çətin məsələsidir. Burada mürəkkəb durum var. Mən düşünürəm ki, aktyorun yaşı olmur. Bugünkü yaşlı nəsil hər mənada bizim üçün dəyərdir. Amma teatrın dəqiq işçi sayı var. Universitetdə hər il aktyor peşəsini mənimsəyən onlarla gənc məzun olur. Onlarla işləmək, onları peşəkar teatrlarda yeni, növbəti nəsil kimi davamlı prosesin bir hissəsinə çevirmək kimi çətinliklərimiz var. Bu köhnədən imtina etmək bahasına olmamalıdır. Biz Milli Teatr olaraq yaradıcı laboratoriya (studiya) yaradırıq. Burada teatra lazım olan gənc mütəxəssislərin hazırlanmasına çalışacağıq. Məhz bununla da yaşlı nəsli bu prosesə cəlb edərək, onların təcrübəsi əsasında gənc kadrları məxsusi bu teatr üçün yetişdirmək niyyətindəyik. Düşünürük ki, bu laboratoriya istedadlı gənclərin böyük səhnəyə vəsiqə qazanmasına təkan verəcək. Bu, həm də yaşlı və peşəkar sənət adamlarımızın məşğulluğu, onların doğma teatra verəcəyi böyük töhfə olacaq. Cavabı yekunlaşdırsaq - həll edilməli problemlər 1-Repertuar, 2-Truppa, 3-Tanıtım.

- Uzun müddət müxtəlif sənət məkanlarında, eləcə də televiziyada uğurlu layihələrə imza atmısınız, bu gün teatrı tamaşaçıya sevdirmək üçün hansı zəruri addımlar atılmalıdır?

- Teatr gördüklərimizin inikası deyil, təxəyyülümüzdəkini səhnəyə köçürmək sənətidir. Teatr tamaşaçını düşündürməyə vadar edən sənətdir. Reallığın özünü də, düşüncə və fəlsəfi (təxəyyül) qatından keçirərək sənət dilində təqdim etməlidir. Əslində, sənətin gücü də bununla ölçülür. Zaman sürətlə ötür. Dünən üçün yeni yanaşma bu gün artıq primitiv formaya çevrilir. Texnologiyanın bu qədər sürətli inkişafı ilə müqayisədə teatr texniki formada olmasa da, mətləbə kreativ yanaşması ilə müasir olmalıdır. Bu sənət adamından avanqard, güclü, çevik düşüncə, həm də təsir gücü olan təxəyyülə sahib olmağı tələb edir. Bu, sənətlə məşğul olan hər kəs üçün keçərli olmalıdır.

-Vaxtilə Milli Dram Teatrının aktyorları arasında yaranan söz-söhbətlər cəmiyyətdə də birmənalı qarşılanmırdı. Bu gün belə söz-söhbətlərin yaranmaması üçün teatrda iş necə qurulub?

-Teatr xeyli müddət bir az durğun dönəm yaşayıb. Əslində bu söz-söhbətlərin ən birinci səbəbi durğunluqdur. Aktyorların hamısı işləmirdilər, yeni tamaşalar çox az hazırlanırdı, rejissorlar dəvət olunmurdu. Yəni, istənilən halda yaradıcılıq prosesi normal getmirdi. Teatr aktyorunu sevməlidir. Teatr aktyoru ilə fəxr etməlidir. Aktyor da bunun üçün zəhmət və istedadını əsirgəməməlidir. Mən düşünürəm ki, artıq teatrda məhz bu cür yaradıcı mühit tətbiq edirik. Məncə artıq hər şey qaydasındadır.

-Sizin, eləcə də yaradıcı heyətin iş qrafikiniz necədir, iş saat neçədə başlayıb, neçədə qurtarır və yaradıcı heyətdən digər işlə, tutaq ki, serial çəkilişlərində iştirak edənlərə şərait yaradılırmı?

-Yaradıcı iş digər müəssisələrdəki kimi bəlli qrafiklə tənzimlənmir. Normal iş qrafikindən fərqli rejimdir. Amma ilk gördüyüm işlərdən biri teatrda nizam-intizam məsələsi oldu. Teatr əsas iş yeri olaraq qəbul olunmalıdır. Burada ştatda olan aktyor üçün birinci və ümdə məsələ teatr fəaliyyətidir. Ondan sonra film və serial fəaliyyətləri nəzərə alına bilər. Hər halda teatrdakı məşq prosesinə mane olan işlər qəbuledilməzdir. Düşünürəm ki, aktyorun yaradıcılığını məhdudlaşdırmaq olmaz, lakin o, işini teatra uyğun qurmalıdır. Əgər o, konkret teatrda çalışırsa... Bundan sonra, o digər serial və çəkilişlər üçün sərbəstdir. Aktyor azad sənətkar kimi də fəaliyyət göstərə bilər. İstədiyi vaxt filmə, seriala çəkilə bilər və biz onu gərək olduğu zaman hansısa rola dəvət edə bilərik. Amma teatrın ştatında olan aktyor üçün birinci yerdə çalışdığı kollektivdə gördüyü iş dayanmalıdır.

- Teatrın əvvəlki şöhrətini qaytarmaq üçün hansı planlar var?

-Planlarımız çoxdur. Dəyərli ziyalı və fikir adamlarından ibarət yeni bədii şura yaratmışıq. Onlardan gözləntilərimiz çoxdur və hesab edirəm ki, şura teatrın inkişafına çox müsbət təsir göstərəcək. Qarşıdakı teatr mövsümü üçün repertuar planı tərtib etmişik və onu Şura üzvləri ilə də müzakirə edəcəyik. Bu ilin sonuna qədər olan üç yeni tamaşanı və daha 3 illik iş planımızı tənzimləyirik. Bu, ən azı 8-10 yeni tamaşa və bir sıra repertuarda olan köhnə tamaşalara yeni quruluş vermək deməkdir. Bunlarla yanaşı, sənət adamlarının yubileyləri, əlamətdar hadisələrin qeyd edilməsi, ölkədaxili qastrol səfərləri, həmçinin yaxın ölkələrə səfərlər nəzərdə tutulub.

Bu gün dünya yeni "inteqrasiya dalğasını" yaşayır. Teatrın inteqrasiyaya daha çox ehtiyacı var. Yeni yaradıcı laboratoriya və studiyaların yaradılması istiqamətində də iş gedir. Onu yaxın vaxtlarda tamamlamağa çalışırıq. İş çoxdur, vaxt isə sürətlə gedir. Zamanı bu strategiya ilə idarə etmək isə bizim arzumuz olmaqla yanaşı, həm də məqsədimizdir. Lakin ümid etməyə dəyər ki, ən yaxın vaxtlarda Azərbaycan Milli Dram Teatrı hazırladığı yeni və rəngarəng tamaşalarla sənətsevərlərin görüşünə gələcək.

 

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı Natiq Əliyev: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb

Ağstafada müəllimlər arasında yarış olub

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO