Azərbaycan Dövlət İnformasiya Agentliyi

Meksika jurnalında Azərbaycan Xalq Cümhuriyyətinə həsr olunmuş material dərc edilib

Bakı, 10 iyul, AZƏRTAC

Meksikanın dövlət və hökumət qurumları, parlament, akademik çevrələr və ölkədə akkreditə olunmuş diplomatik korpus üzvləri arasında geniş yayılan “El Mundo” jurnalında səfir Məmməd Talıbovla müsahibə əsasında “Azərbaycan: keçmiş, aktuallıq və gələcək - nailiyyətlər, çağırışlar və perspektivlər” adlı yazı dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, yazıda ilk olaraq, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) təsis edilməsi, qısa mövcudluq dövrü ərzində dövlət quruculuğu sahəsində qazandığı uğurlar, Cənubi Qafqaz regionunda demokratiyanın inkişafındakı önəmli töhfələri haqda məlumat verilir və bu il müasir Azərbaycanın sələfi AXC-nin layiqli varisi olaraq 28 May - Respublika Gününü fəxarət hissi ilə, ərazi bütövlüyünü bərpa etmiş şəkildə qeyd edildiyi bildirilir.

Sonra müstəqilliyinin ilk illərində qarşılaşdığı çətinliklərə, xüsusilə, qonşu Ermənistanın hərbi təcavüzünə baxmayaraq, Azərbaycanın ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə önəmli uğurlara imza ataraq öz suverenliyini gücləndirdiyi, günümüzdə isə Prezident İlham Əliyevin səmərəli siyasi-iqtisadi strategiyası sayəsində regionun ən aparıcı ölkəsinə çevrildiyi söylənilir.

Ardınca müasir Azərbaycanın iqtisadi nailiyyətləri, həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat-infrastruktur layihələri, ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi üçün aparılmış islahatlar, yeni yaradılmış sənaye parkları, o cümlədən Ələt Azad İqtisadi Zonası və onun sahibkarlar üçün təqdim etdiyi səmərəli biznes imkanları haqda geniş məlumat verilir. Azərbaycanın turizm sektorunun inkişafına da xüsusi yer ayrılmış yazıda paytaxt Bakı və regionlarda yaradılmış turizm infrastrukturu, habelə ölkəmizin zəngin iqlimi, rəngarəng təbiəti, dəyərli tarixi-memarlıq abidələri və mətbəxi haqda danışılır.

Daha sonra Azərbaycanın 44 günlük müharibədə işğaldan azad etdiyi ərazilərdəki mövcud durum, məcburi köçkünlərimizin evlərinə qayıtması üçün Ermənistan tərəfindən yaradılmış maneələr, bu xüsusda bölgə infrastrukturunun işğalçı dövlət tərəfindən tamamilə dağıdılmış olması, bu ərazilərdə kütləvi minalanma aparılması və Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq minalanmış ərazilərin xəritəsini təqdim etməkdən imtina etməsi barədə oxuculara məlumat verilir. Hazırda Azərbaycanın başlıca məqsədinin bu ərazilərin yenidən qurulması və məcburi köçkünlərin evlərinə qayıdışının təşkili olduğu deyilir və bu məqsədlə artıq geniş miqyaslı infrastruktur quruculuğu işlərinin, bu xüsusda nəqliyyat yolları, hava limanları, “ağıllı kənd”lər, hospital və məktəblərin inşasına başlandığı bildirilir.

Eyni zamanda, azad edilmiş ərazilərdə 30 ilə yaxın müddətdə ölkəmizə aid tarixi-mədəni irsin işğalçı dövlətin vandalizminə məruz qaldığı, hazırda bu abidələrin bərpası, xüsusilə də ölkəmizin mədəniyyət beşiyi olan Şuşa şəhərinin zəngin mədəni irsinin özünə qaytarılması istiqamətində Azərbaycan tərəfindən aramsız işlər gördüyü vurğulanır.

Ümumiyyətlə, monoetnik Ermənistandan fərqli olaraq 40-a yaxın müxtəlif xalqlardan olan insanların birgə, sülh içində yaşadığı Azərbaycanın zəngin çoxmədəniyyətlilik ənənələri ilə tanındığı, mədəniyyətlərarası dialoqun inkişafında önəmli rol oynadığı, bu mövzu üzrə son illərdə çoxsaylı mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etdiyi, habelə Heydər Əliyev Fondu tərəfindən ölkə xaricində bir çox dini-mədəni abidələrin bərpasının həyata keçirildiyi və qeyd olunan məsələlərdəki önəmli xidmətləri sayəsində Azərbaycanın Roma Papası Fransisk tərəfindən tolerantlıq modeli adlandırıldığı qeyd olunur.

Bir neçə ay əvvəl Ermənistanın Azərbaycan üçün yaratdığı ekoloji problemlərlə əlaqədar sosial şəbəkələrdə həyata keçirilmiş kampaniya ilə bağlı suala münasibətdə qonşu dövlətin ərazisindən axaraq Araz çayına tökülən və tərkibində yüksək miqdarda zərərli maddələr olan Oxçuçayın yerli flora və faunaya, eləcə də insan həyatına ciddi təhlükələr yaratması, habelə Ermənistan ərazisində hələ də fəaliyyətinə son verilməmiş Metsamor atom elektrik stansiyasının bütün region üçün təhdid olması haqda məlumat verilir.

Müxtəlif ölkələrin KİV-lərində erməni diaspor təşkilatlarının maliyyə qanunsuzluqlarına yol verməsi barədə dərc olunmuş yazılarda əks olunan fikirlər barədə sualla bağlı Ermənistan hökuməti və erməni icma təşkilatlarının dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərdən humanitar məqsədlər adı altında kütləvi həcmdə maliyyə ianələri topladığı və bu vəsaitləri Ermənistanın silahlanmasına, Azərbaycan ərazilərində vaxtilə mövcud olmuş qanunsuz rejimin dəstəklənməsinə və 44 günlük müharibə zamanı ölkəmizə qarşı hərbi əməliyyatlara qatılmış muzdlulara sərf olunduğu bildirilir.

Regionda davamlı sülhün tələblərinə dair suala münasibətdə isə münaqişənin bitmiş olduğu, bölgədə sülhün bərqərar olmasının bütün dövlətlərin faydasına olacağı, bunun üçünsə Ermənistanın ilk növbədə, qonşuların ərazi bütövlüyünü tanımalı, onlara qarşı ərazi iddiaları və nifrət ritorikasından əl çəkməli və əhalisini barışığa hazırlamalı olduğu deyilir.

Sonda Azərbaycanla Meksika arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin inkişafı haqda danışılır, habelə COVID-19 pandemiyası ilə mübarizədə ölkəmizin əldə etdiyi nəticələr barədə məlumat verilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BVF Yaxın Şərqdəki vəziyyətlə əlaqədar yeni qiymət artımı riski barədə xəbərdarlıq edib

Azərbaycanın nəhəng kinematoqrafiya layihələrindən birinin – “44” bədii filminin premyerası olub

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Nizami rayonunda qaz təchizatında fasilə yaranacaq

Bakının iki rayonunda elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ekspert: Süni intellekt kibertəhlükəsizlik mütəxəssislərinin rolunu dəyişir

Panamada 6,4 bal gücündə zəlzələ baş verib

Şimali Koreya taktiki ballistik raketi sınaqdan keçirib

Novak: Hörmüz boğazına görə qlobal bazara gündə 6-7 milyon barel neft çatdırılmır

Rubio və Miliband Böyük Britaniyada ABŞ aktivlərinin qorunmasını müzakirə ediblər

Daimi Nümayəndəlik: Azərbaycan 2032-ci ilədək bərpaolunan enerji gücünü 8 giqavata çatdırmağı planlaşdırır

“Əl-Nəsr” qalib gəlib, Ronaldo karyerasının 981-ci qolunu vurub

ABŞ Prezidenti Asiya səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb

Tramp: Putin və Zelenski razılaşmaq istəyirlər, lakin bunu necə edəcəklərini bilmirlər

Bolqarıstan Qara dənizdə dron hücumlarının araşdırılması üçün NATO və Aİ-dən kömək istəyib

Husilər Ər-Riyad hava limanına raket zərbəsi endirdiklərini iddia ediblər

Hörmüz boğazında tanker atəşə tutulub

Füzulidə qadınların təşəbbüsü ilə yaradılan cücə-inkubator sexinin açılışı olub

Prezident İlham Əliyevin sosial media hesablarında Kambocanın Baş nazirinin Azərbaycana səfərinə dair videoçarx paylaşılıb VİDEO

Ərdoğan: Ankara fikir ayrılıqlarının diplomatik yollarla həllinin tərəfdarıdır

Ramin Məmmədov: Azərbaycanın dünyəvi idarəetmə modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur

Dövlət məktəblərində geyim qaydalarının icrasına nəzarət gücləndirilib

Sarayevoda mina qurbanlarına həsr olunmuş növbəti ekspozisiya açılıb

Azərbaycan muzeylərinin nadir eksponatları: 1834-cü ilə aid Yer kürəsinin qlobusu

Pərviz Şahbazov: Neft bazarının sabitliyi üçün resursların təhlükəsiz çatdırılması mühümdür

Qazaxıstanın Xəzər sahillərində yenidən ölü suitilər aşkarlanıb

Paris Siyasi Elmlər İnstitutunun tələbələri Azərbaycanın xarici siyasəti barədə məlumatlandırılıb

Böyük Britaniya və Avropa İttifaqı arasında keçiriləcək sammitin tarixi açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Qəbələyə səfər edənlərin sayında 17,3 faizlik artım qeydə alınıb

ADPU-da Qırğız dili və ədəbiyyatı auditoriyası açılıb

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qusarda yanğın 83 yaşlı qadının ölümü ilə nəticələnib VİDEO

Qazaxıstan XİN Səudiyyə Ərəbistanında olan vətəndaşlarına çağırış edib

Azərbaycançılıq dəyərləri hər şeydən üstün olmalıdır

Estoniya 2035-ci ilədək müddətli hərbi xidmətə çağırılan qadınların sayını dörd dəfə artıracaq

Bu saata olan əsas xəbərlər

Azərbaycan səfiri etimadnaməsini Pakistan Prezidentinə təqdim edib

Avropa İttifaqı Livanda müdafiə və təhlükəsizlik institutlarının gücləndirilməsi üçün yeni missiya yaradır

Çexiya klubunun baş məşqçisi: “Sabah” tarix yazır

Azərbaycan güləşçiləri Rusiyada çempion olublar

Media və Yayım Şurası vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırır

Milli ənənələrdən beynəlxalq çay mədəniyyətinə: Bakı Bulvarında Çay Festivalı

Azərbaycan Peşəkar Boks Federasiyasının yeni prezidenti bəlli olub

ETSN-in əməkdaşları qan veriblər

Almaniyada Azərbaycanın mədəni irsinə həsr olunan “NAR” sərgisi başa çatıb

"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi olub

Azərbaycanın fövqəladə hallar naziri İranın daxili işlər naziri ilə görüşüb

“Sabah” “Slaviya Praqa” ilə oyundan öncə son məşqini keçirib

Arzu Nağıyev: Azərbaycanın MDB-yə sədrliyi yeni regional reallıqların və artan beynəlxalq nüfuzun göstəricisidir

“Sabah”ın baş məşqçisi: Çempionlar Liqasında sübut etməli olduğumuz çox şey var

Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı İxtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib

Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

Azərbaycan-Kamboca biznes-forumunda ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi müzakirə edilib VİDEO

“Sea Breeze Walk of Fame”də Yuli Qusmanın adına ulduz açılıb

Bakıda “Ürək transplantasiyası həftəsi” təşkil olunacaq

Baş nazir: Azərbaycandan elektrik enerjisini vasitəçi olmadan idxal edirik

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi açıqlanıb

Gənc alim: Antalyada həmkarlarımız Bakıdakı Beynəlxalq Astronavtika Konqresini hələ də böyük sevgi ilə xatırlayırdı

Proseslərin “Mygov biznes”dən vahid mühitdə təqdim olunması vaxt itkisini, inzibati xərcləri və sistemlər arasında uyğunsuzluğu azaldacaq - ŞƏRH

Azərbaycan Qlobal İnnovasiya İndeksində mövqeyini 9 pillə yaxşılaşdırıb

Azərbaycanlı professor Stenford Universitetinin ən reytinqli alimləri sırasına düşüb

AYNA: 18 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təliminin açılış mərasimi olub VİDEO

Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik

“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik

İtaliyalı musiqiçi: Bakı həmişə mənə uğur gətirib

Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək

DTM-in rəhbəri: Azərbaycan dilinin tədrisinə xüsusi diqqət yetiririk

Doqquz ayda 620 dövlət standartı qəbul edilib

Avropa İttifaqı COP31-də BMT-nin emissiyaların azaldılması üzrə proqramının 2040-cı ilədək uzadılmasını təklif edəcək

Daxili işlər naziri iranlı həmkarı ilə görüşüb

Özçubukçu: Azərbaycanın beynəlxalq mövqeyi çoxşaxəli diplomatiya əsasında güclənir

Rumıniya və Bolqarıstan Qara dənizdə ticarət gəmilərinə hücumlara moratorium qoyulmasını istəyir

Özbəkistanlı nümayəndələr BMU-da yaradılmış akademik mühiti yüksək qiymətləndiriblər

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Otuz dörd il sonra doğma kəndinə qayıdan Ağdərə sakini: İtirilmiş illərin yerini doldururam VİDEO

Azərbaycanda istehlak qiymətləri 5,7 faiz artıb

Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir

Aİ-nin müdafiə komissarı ABŞ hərbi-kosmik qüvvələrinə alternativ yaratmağı təklif edib

Süni intellektlə qarşılıqlı əlaqələrdə gender bərabərsizliyi təkrarlana bilər - Tədqiqat

Muhammed Zeki Durak: Bugünkü görüşdə TDT-yə üzv dövlətlər öz təcrübələrini bölüşürlər

Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 26,4 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb

“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb

“Trabzonspor”un baş məşqçisi: “Sabah” çox bacarıqlı və sistemli komandadır – MÜSAHİBƏ

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Numan Kurtulmuş: Terrorizm probleminin aradan qaldırılması bütün regionun rifahına müsbət təsir göstərəcək

Çexiyanın nəqliyyat naziri Bakı Dəmiryol Vağzalında olub

Polşada məktəblərin təhlükəsizliyi ilə bağlı genişmiqyaslı əməliyyat keçirilib

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

“QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi”: İctimai müzakirə VİDEO

BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb

Fransada genişmiqyaslı kiberhücum: Supermarketlərdə ərzaq məhsulları məhv edilir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

® “AccessBank” UPS üçün ehtiyat hissələrinin təchizatı üzrə tenderin müddətini uzadıb

Şəhid ailələrinin üzvləri üçün Türkiyənin Ankara və Konya şəhərlərinə səfər təşkil edilib

Gəmiçilik: Quru yük gəmiləri ilə tranzit daşımaları iki dəfədən çox artıb

Nyu-Yorkun məşhur Linkoln Mərkəzində Azərbaycan musiqisi səslənib

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib VİDEO

® “Unibank” və AYİB xarici ticarətin maliyyələşdirilməsinə həsr olunan tədbir keçirib

Britaniya hökuməti 35 milyard funt sterlinqlik maliyyə çatışmazlığı ilə üzləşə bilər

“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub

İlham Zəkiyev Beynəlxalq Görmə Məhdudiyyətli İdmançılar Federasiyasının mükafatına layiq görülüb

Azadlıq prospektinin bir hissəsində mikromobillik zolağı təşkil olunub