MEMARLIQ VƏ İNŞAAT UNİVERSİTETİNİN TƏLƏBƏLƏRİ ŞƏMKİRİN ABADLAŞDIRILMASINDA YAXINDAN İŞTİRAK EDİRLƏR
AZƏRTAC xəbər verir ki, “Regionların inkişafı” İctimai Birliyi ilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Şəmkir rayon mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması məqsədi ilə elan etdikləri müsabiqəyə yekun vurulmuşdur.
Bu münasibətlə keçirilən tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Nazim Veysov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülcöhrə Məmmədova belə müsabiqələrin keçirilməsinin regionların inkişafında, eləcə də tarixi binaların bərpasında mühüm əhəmiyyət kəsb etməsindən danışmışlar.
Sonra 12 tələbənin müsabiqəyə təqdim etdiyi Şəmkir şəhərinin Səməd Vurğun küçəsində yerləşən istirahət guşələrinin, avtobus dayanacaqlarının, alman memarları tərəfindən inşa edilən birmərtəbəli yaşayış binalarının bərpası layihələrinə baxış keçirilmişdir.
Sonda bəyənilən layihələr əsasında inşaat işlərinə başlanılması qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]