Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi Bank qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək

Mərkəzi Bank qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək

Bakı, 28 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanat yayıb.

Mərkəzi Bankdan AZƏRTAC-a daxil olan bəyanatda deyilir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci ildə həyata keçirdiyi pul-kredit siyasəti milli iqtisadiyyatda qiymətlər sabitliyinə, aşağı və stabil inflyasiyanın təmin edilməsi vasitəsilə əhalinin yaşayışı və işgüzar fəaliyyəti üçün əlverişli sosial-iqtisadi mühitin formalaşmasına yönəlmişdi.

Prezident İlham Əliyevin rəhbərliyi altında 2018-ci ildə ölkədə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdü. İnflyasiya aşağı birrəqəmli səviyyədə sabitləşib, iqtisadi artım davam edib, milli valyutanın məzənnəsi dayanıqlı olub, ölkənin strateji valyuta ehtiyatları artmaqda davam edib.

Formalaşdırılmış makroiqtisadi proqnozlar əsasında 2019-cu ildə və ortamüddətli dövrdə də pul-kredit siyasəti aşağı və sabit inflyasiya əsaslı dayanıqlı sosial-iqtisadi mühitin formalaşmasına, bu əsasda iqtisadi artımın daha da sürətləndirilməsinə yönəldiləcək. Eyni zamanda pul siyasəti rejiminin optimallaşdırılması, onun strateji və əməliyyat çərçivəsinin təkmilləşdirilməsi, inflyasiya gözləntilərinin azaldılması, həyata keçirilən pul-kredit siyasətinə etibarın artırılması, informasiya açıqlığının yüksəldilməsi həyata keçiriləcək pul-kredit siyasətinin əsas məqsədlərindən olacaq.

I. 2018-ci ildə pul siyasəti

1.1. Pul siyasətinin həyata keçirilməsi mühiti

2018-ci ildə xarici şərtlərin milli iqtisadiyyatın inkişafına təsiri birmənalı olmamışdı.

Dünya bazarlarında neftin qiymətinin 2017-ci ilə nisbətən yüksək olması (35 faiz) iqtisadi artıma dəstək verib və tədiyə balansının tarazlığını təmin edib.

Qlobal iqtisadi artımın yüksək olaraq qalmasına baxmayaraq Beynəlxalq Valyuta Fondu cari və növbəti il üçün dünya iqtisadi artım proqnozunu azalmağa doğru (0.2 faiz) təshih edib.

Artmaqda olan geosiyasi gərginlik, xarici ticarət siyasətlərində qeyri-müəyyənliklər, neftin qiymətində son aylar müşahidə olunan dəyişkənlik və bu proselərin regionda əsas ticarət tərəfdaşları olan qonşu ölkələrin iqtisadiyyatlarına təsiri makroiqtisadi sabitlik üçün əhəmiyyətli risklər yaratmışdı. 2018-ci ildə bu ölkələrin bir sırasında milli valyutaların (Rusiya rublu, Türkiyə lirəsi, İran rialı) ABŞ dollarına qarşı əhəmiyyətli ucuzlaşması psixoloji gözlənti effekti yaradıb, lakin görülmüş tədbirlər nəticəsində bu effektlər neytrallaşdırılmışdı. Pronozlara və gözləntilərə rəğmən bu ölkələrdən Azərbaycana idxalın artım dinamikası idxalın ümumi artım dinamikasından aşağı olmuşdu.

9 ayda cari əməliyyatlar balansında (CƏB) 5.1 milyard ABŞ dolları və ya ÜDM-in 15 faizi səviyyəsində profisit yaranmışdı ki, bu da kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsiri tam örtmüşdü. CƏB-dəkı profisit əsasən ticarət balansındakı profisit (67 faiz artım) hesabına formalaşmışdı. Bununla belə xidmətlər balansındakı kəsirin 2 dəfə azalması və təkrar gəlirlər balansında profisitin 9 faiz artması CƏB-dəki profisitə artırıcı təsir göstərmişdi.

Xarici sektorda müsbət meyillər 2018-ci ilin son rübündə də davam etməkdədir. Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən 2018-ci ilin 11 ayında xarici ticarət balansında 7.6 milyard ABŞ dolları məbləğində müsbət saldo yaranıb. 11 ayda əmtəə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 43.3 faiz, o cümlədən qeyri-neft ixracı 10.2 faiz artıb. Bu dövrdə əmtəə idxalı 32.2 faiz, o cümlədən qeyri-neft idxalı 32.7 faiz artıb. Milli valyutaların kəskin ucuzlaşdığı Türkiyə və Rusiyadan qeyri-neft idxalının ümumi qeyri-neft idxalında payı ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1.3 və 3.8 faiz bəndi azalmışdı.

Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaratmışdı. Strateji ehtiyatlar ilin əvvəlinə nəzərən 7 faiz (2.9 milyard ABŞ dolları) artaraq 44.8 milyard ABŞ dolları təşkil edir. Strateji ehtiyatlar 31 aylıq mal və xidmət idxalına kifayət edir və xarici dövlət borcunu 3 dəfə üstələyir.

2018-ci ildə iqtisadi artım pozitiv zonada qalmaqda davam etmişdi. 11 ayda Ümumi Daxili Məhsul (ÜDM) real olaraq 1 faiz, o cümlədən qeyri-neft sektorunda 1.3 faiz artmışdı. Qeyri-neft sektorunda artım əsasən ticari sektordan qaynaqlanmışdı. Qeyri-neft sənayesində 8.7 faiz, kənd təsərrüfatında 4.6 faiz artım olmuşdur.

Mərkəzi Bankın real sektorun monitorinqinin nəticələri də ölkədə iqtisadi aktivliyin davam etdiyini təsdiqləyir. Monitorinqə əsasən 2018-ci ildə qeyri-neft sənayesinin əksər sahələri üzrə, o cümlədən qida sənayesi, tikinti materiallarının istehsalı, metallurgiya sənayelərində iqtisadi aktivlik göstəricilərində artım müşahidə olunmuşdu. Bu sahələr üzrə biznes inam indeksi (Bİİ) hesabat dövrü ərzində pozitiv zonada olmuşdu. Sorğuda əhatə olunan əksər xidmət (rabitə, poçt, nəqliyyat, otel, turizm) və ticarət (elektrik məişət avadanlıqları, avtomobil) sektorları üzrə də iqtisadi aktivlik göstəriciləri yaxşılaşıb.

İqtisadi artım xarici tələb və daxili tələbin istehlak və dövlət tələbi komponentləri ilə dəstəklənib.

İstehlakın səviyyəsi əhalinin pul gəlirləri və kredit qoyuluşlarının dinamikasının təsiri altında formalaşıb. 11 ayda əhalinin real gəlirləri 6.7 faiz, ev təsərrüfatlarına kreditlərin həcmi isə 15 faiz artıb. Bu şəraitdə istehlakçı inamı göstəricilərinin yaxşılaşması qeydə alınıb.

Daxili tələbin digər komponenti olan investisiyaların həcmi cari ilin 11 ayında 12.9 milyard manat olmuşdu ki, bunun da 48.2 faizi özəl sektorun payına düşmüşdü.

Büdcə xərcləri 2018-ci ildə də daxili və xarici tələbə təsir edən mühüm amillərdən biri olmuşdu. 11 ayda dövlət büdcəsi xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 27.2 faiz, o cümlədən cari xərclər 5.9 faiz, əsaslı xərclər 65.6 faiz, dövlət borcuna xidmət xərcləri isə 44.3 faiz artıb.

Daim artan büdcə və xüsusilə də əsaslı xərclərin dinamikası fonunda iqtisadi artımın potensialdan aşağı olması və əksinə, idxalın yüksək dinamikası büdcə xərclərinin effektivliyinin artırılması, iqtisadiyyatda struktur məhdudiyyətlərinin aradan qaldırılması zərurətini irəli sürür.

1.2. Pul siyasəti və onun nəticələri

2018-ci ildə pul siyasəti “Azərbaycan Respublikası Mərkəzi Bankının 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı”na uyğun olaraq həyata keçirilmişdi. Pul siyasətinin son hədəfini inflyasiyanı 6-8 faiz dəhlizində saxlamaq təşkil etmişdi. İnflyasiyanın və inflyasiya gözləntilərinin əhəmiyyətli azalması nəzərə alınmaqla pul siyasətinin yumşaldılması istiqamətində qərarlar qəbul edilmişdi.

2018-ci ildə inflyasiya gözləniləndən daha yüksək templə azalmış və təkrəqəmli səviyyədə sabitləşib. 2018-ci ilin 11 ayında orta illik inflyasiya 2.3 faiz təşkil etmişdi. Orta illik inflyasiya ilin ikinci yarısında 3 faizdən aşağı olmuşdu. 11 ayda qiymət dəyişimi orta hesabla ərzaq məhsulları üzrə 1.9 faiz, qeyri-ərzaq məhsulları üzrə 2.7 faiz, xidmətlər üzrə 2.6 faiz təşkil etmişdi. Son 12 ayda istehlak səbətinə daxil olan məhsulların 23 faizinin qiyməti azalmış, 7 faizinin qiyməti dəyişməmiş, 62 faizinin qiymət artımı 5 faizdən aşağı olmuşdu. Yalnız 8 faiz məhsulun qiymət artımı 5 faizi üstələmişdi. Əvvəlki illərdə olduğu kimi cari ildə də kənd təsərrüfatı məhsullarının, xüsusən meyvə-tərəvəzin qiymətləri daha dəyişkən olmuşdu ki, bu da mövsümi və təbii şərait amillərindən təsirlənmişdi. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsullarının qiymət dəyişimi nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya isə 2018-ci ilin 11 ayında 1.8 faiz təşkil etmişdi.

İstehsalçı qiymətləri sənayedə başlıca olaraq enerjidaşıyıcılarının qiymət dəyişimindən təsirlənmişdi. Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 11 ayda cəmi 2.2 faiz yüksəlmişdi. Nəqliyyat xidmətlərinin qiymət indeksində 1 faizlik azalma yükdaşıma nəqliyyatı xidmətinin ucuzlaşması ilə bağlı olmuşdu.

Dövr ərzində inflyasiyaya azaldıcı təsir edən başlıca amillər manatın məzənnəsinin dayanıqlığı, pul təklifinin optimal səviyyədə idarə olunması və inflyasiya gözləntilərinin azalması olmuşdu. Həyata keçirilən effektiv pul-məzənnə siyasəti ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya proseslərinin, habelə bəzi inzibati qiymətlərin yüksəldilməsinin qiymətlərə artırıcı təsirini neytrallaşdırmışdı.

Son proqnozlara görə 2018-ci ilin sonuna inflyasiyanın 2.3 faiz ətrafında qərarlaşacağı gözlənilir.

Manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə və bundan asılı olan valyuta bazarındakı tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. Xarici sektor göstəricilərinin yaxşılaşması şəraitində və qəbul edilmiş makroiqtisadi siyasət çərçivəsində manatın ABŞ dollarına nəzərən ikitərəfli məzənnəsinin sabitliyi davam edib. Ümumilikdə manat 2018-ci ildə möhkəmlənmə təzyiqi altında olub, valyuta bazarında təklif tələbi üstələyib. Yalnız aprel və avqust aylarında xarici valyutaya tələbin artması bəzi tərəfdaş ölkələrdə milli valyutanın kəskin ucuzlaşmasının məzənnə gözləntilərinə təsiri ilə əlaqədar olmuşdu. Bu aylarda valyutaya tələbin artması fundamental makroiqtisadi amillərdən irəli gəlmədiyindən onun məzənnəyə təsiri neytrallaşdırılmışdı. Sonrakı aylarda bu ölkələrdə mərkəzi banklar tərəfindən qəbul edilmiş pul siyasəti qərarları maliyyə bazarlarını stabilləşdirib.

2018-ci ildə də manatın rəsmi məzənnəsi banklararası bazarda əqdlər üzrə orta məzənnə (hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdi. İl ərzində banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın səviyyədə formalaşıb.

2018-ci ildə inflyasiyanın faktiki dinamikası və valyuta bazarındakı tarazlıq inflyasiya gözləntilərini stabilləşdirib. Biznes sektorunun inflyasiya gözləntiləri bütün sektorlarda, xüsusən də ticarət və xidmət sektorunda azalıb. Ev təsərrüfatları üzrə inflyasiya gözləntiləri 2015-ci ildən bəri minimum səviyyəyə düşüb.

Dövr ərzində Mərkəzi Bank son makroiqtisadi prosesləri və yenilənmiş proqnozları nəzərə almaqla özünün likvidlik əməliyyatları üzrə faiz dəhlizinin parametrlərinə zəruri korreksiyalar edib. Mərkəzi Bankda ilin əvvəlindən faiz dəhlizinin parametrləri bir neçə dəfə müzakirə edilib, uçot dərəcəsi mərhələlərlə 15 faizdən 9.75 faizə endirilib. Faiz dəhlizinin aşağı həddi 10 faizdən 7.75 faizə, yuxarı həddi isə 18 faizdən 11.75 faizə endirilib.

2018-ci ildə pul təklifinin dəyişimi makroiqtisadi sabitlik hədəflərinin reallaşdırılması ilə iqtisadiyyatın likvidliyə olan tələbinin ödənilməsi arasında optimal balansı təmin etmişdi. 11 ayda manatla pul bazası 5.2 faiz, manatla geniş pul kütləsi (M2) isə 13.3 faiz artıb. Pul təklifinin de-dollarlaşması prosesi davam edib. Xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında xüsusi çəkisi 5 faiz bəndi, fiziki şəxslərin əmanətləri üzrə dollarlaşma isə 3.9 faiz bəndi azalıb.

2018-ci ildə iqtisadiyyatın pula olan tələbinin təmin edilməsi və likvidliyin effektiv idarə olunması məqsədilə Mərkəzi Bank müxtəlif müddətli açıq bazar əməliyyatlarını aktivləşdirib. Mərkəzi Bank milli valyutada sərbəst vəsaitlərin cəlb olunması üzrə 55 depozit hərracı, notların yerləşdirilməsi üzrə 51 hərrac keçirib. Depozit əməliyatları vasitəsilə vəsaitlər 14 gün müddətinə cəlb edilib, notlar isə 28 gün müddətinə yerləşdirilib. 11 ayda Mərkəzi Bankın depozit hərracları və notların yerləşdirilməsi vasitəsilə cəlb etdiyi vəsaitin həcmi 9.7 faiz azalıb və dövrün sonuna 1.75 milyard manat təşkil edib. İl ərzində faiz dəhlizinin aşağı həddinin azaldılması ilə sterilizasiya əməliyyatları üzrə gəlirliyin enməsinə baxmayaraq, keçirilən hərraclarda tələbin təklifi əhəmiyyətli üstələməsi bank sisteminin likvidlik mövqeyində irihəcmli struktur profisitinin qaldığını göstərir.

2018-ci ildə inflyasiya təzyiqinin azalması və iqtisadi artımın pozitiv dinamikası kredit aktivliyinin tədricən bərpasına şərait yaradıb. 2018-ci ilin 11 ayında kredit qoyuluşları 6.9 faiz artıb. Lakin bankların iqtisadiyyata kredit vermək imkanları daha da yüksəkdir.

Cari ildə monetar idarəetmənin təkmilləşdirilməsi və həyata keçirilən pul siyasətinin effektiv kommunikasiyası xüsusi diqqətdə saxlanılıb. 2018-ci ildə Mərkəzi Bankın İdarə Heyətinin 6 iclası pul siyasətinə həsr olunub. Mərkəzi Bankın hər bir siyasət qərarı ilə bağlı press-relizlər müvafiq analitik şərhlərlə dərc edilib, müntəzəm mətbuat konfransları keçirilib. Rüblük əsasda Pul Siyasəti İcmalı hazırlanaraq ictimaiyyətə açıqlanıb. Mərkəzi Bank rəsmilərinin çıxışları və müsahibələri də pul siyasətinin kommunikasiyasında mühüm rol oynayıb. Eyni zamanda Mərkəzi Bankın fəaliyyəti internet səhifəsi vasitəsilə ətraflı işıqlandırılıb.

II. 2019-cu il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri

2019-cu il və ortamüddətli dövr üçün başlıca strateji vəzifə makroiqtisadi sabitliyin dayanıqlığının artırılması və onun iqtisadi artımın sürətləndirilməsində rolunun yüksəldilməsidir.

Bu məqsədlə Mərkəzi Bank öz mandatına - qiymət sabitliyinin təmin olunmasına yönəldilmiş pul siyasətini davam etdirəcək. Aşağı inflyasiyalı makroiqtisadi mühitin formalaşdırılması üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsi daha da təkmilləşdiriləcək.

2.1. 2019-cu il və ortamüddətli dövrə makroiqtisadi proqnozlar və risklər

2019-cu il və ortamüddətli dövr üçün pul-kredit siyasətinin əsas istiqamətləri həmin dövrü əhatə edən rəsmi sosial-iqtisadi inkişaf və büdcə proqnozları əsasında formalaşdırılıb.

Proqnozlaşdırılan dövrə xarici şəraitin həyata keçirilən pul-kredit siyasətinə təsiri bir neçə istiqamətdə baş verir.

2019-cu ildə qlobal iqtisadi artımın hələ də yüksək qalacağı şəraitdə qeyri-neft ixracatının artımı üçün əlverişli şərait yaranır və bu, rəsmi proqnozlarda əks olunub.

Əsas ticarət tərəfdaşlarımızda məzənnə volatilliyinin yüksəlməsi və onlarda inflyasiyanın yüksələrək idxal vasitəsilə milli iqtisadiyyatda qiymət sabitliyinə təsiri riski növbəti ildə də əhəmiyyətli olaraq qalmaqdadır.

Dünyanın aparıcı iqtisadiyyatlarında pul-kredit siyasətlərinin normallaşdırılması istiqamətində proqnozlaşdırılan proseslərin ölkədə qiymətlər sabitliyinə, ilk növbədə valyuta bazarına və milli valyutanın məzənnəsinə təsiri minimaldır və mövcud makroiqtisadi alətlər vasitəsilə neytrallaşdırılacaq.

Xarici mühitin makroiqtisadi sabitliyə ən mühüm təsir kanalı dünya enerji bazarlarının konyunkturası qalmaqdadır. Proqnoz dövründə neftin dünya bazarlarında qiyməti bir tərəfdən qlobal iqtisadi artım və bu əsasda neftə olan tələbatın formalaşması, digər tərəfdən qlobal təklifin idarə olunması ilə tələb-təklif nisbəti, habelə geosiyasi amillərin təsiri altında formalaşacaq. Bu amillərin məcmu və əksər hallarda müxtəlif istiqamətli təsiri qlobal neft bazarında qeyri-müəyyənliyi və müşahidə olunan qiymət dəyişkənliyini şərtləndirir.

Bütün bunları nəzərə alaraq Mərkəzi Bank növbəti il və ortamüddətli dövrə pul-kredit siyasətinin əsas istiqamətlərinin formalaşmasında həm rəsmi baza proqnozunu, həm də bu proqnozlara təsir edə biləcək neqativ amillərin neytrallaşdırılmasını nəzərdə tutur.

Ölkədə effektli pul-kredit siyasətinin həyata keçirilməsinin bir sıra mühüm daxili struktur şərtləri var.

Bura ilk növbədə milli iqtisadiyyatın formalaşmış strukturu, işgüzar tsiklin mövcud mərhələsi, şaxələnmə səviyyəsi, monetar və fiskal nəzarətin səviyyəsi, mövcud resursların dinamikası aiddir.

Struktur amilləri effektiv makro-fiskal çərçivənin formalaşmasına və mövcud resurslardan tam istifadə etmək əsasında dayanıqlı iqtisadi artım trayektoriyasına qayıtmağa əhəmiyyətli təsir göstərir.

Belə şəraitdə effektiv pul-kredit siyasətinin formalaşması, makroiqtisadi stabilliyin dayanıqlığının təmin olunması başlıca olaraq pul-kredit siyasəti ilə fiskal siyasətin optimal makroiqtisadi çərçivədə sintezindən, hər iki istiqamətdə planlaşdırılan və artıq start verilmiş islahat tədbirlərinin əlaqələndirilməsindən asılı olacaq.

2.2. 2019-cu il üçün pul siyasəti çərçivəsi

Növbəti ilə və ortamüddətli dövrə pul-kredit siyasətinin əsas məqsədi stabil aşağı inflyasiya səviyyəsinin təmin edilməsidir. Bunu nəzərə alaraq Mərkəzi Bank özünün stabilləşmə xarakterli monetar və məzənnə siyasətini davam etdirməklə dolayı yolla ictimai rifaha, iqtisadi artıma və məşğulluğa dəstək verəcək.

Növbəti ildə pul siyasətinin son hədəfi inflyasiyanı 4 faiz (±2 faiz) səviyyəsində saxlamaqla qiymət sabitliyinin Mərkəzi Bankın səlahiyyətləri çərçivəsində qorunması olacaq.

Manatın ikitərəfli məzənnəsinin dinamikası növbəti ildə də aşağı inflyasiyanın vacib şərtlərindən biri olacaq. Hesablamalar göstərir ki, manatın möhkəmlənməsinin qiymətlərə azaldıcı təsiri ilə müqayisədə onun ucuzlaşmasının inflyasiyaya artırıcı təsiri daha yüksəkdir. Bu baxımdan milli valyutanın məzənnəsinin dayanıqlığı qiymətlər sabitliyinin “lövbərləşməsi”nin təmin edilməsinin başlıca şərtidir. Valyuta bazarının tarazlığını təmin edən başlıca amil dövlətin valyuta təklifi ilə iqtisadiyyatın valyutaya olan tələbinin əsas komponentləri arasındakı tarazlıq olacaq. Valyuta tələbi dövlət xərclərindən təsirlənən idxal dinamikası, xarici borc axınları və kapital hesabının saldosu, habelə beynəlxalq konyunkturun dolayı effektlərindən təsirlənəcək. Manatın məzənnəsinin uzunmüddətli meylini məhz bu makroiqtisadi fundamentallar müəyyən edir.

Pul təklifi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Ödənişlərin fasiləsizliyi, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək də diqqətdə saxlanacaq.

İnflyasiya hədəfinə nail olmaq üçün Mərkəzi Bank sərəncamındakı pul siyasəti alətlərindən makroiqtisadi vəziyyətə adekvat istifadə edəcək, bu alətlər üzrə kəmiyyət parametrləri proqnozlaşdırılan və faktiki inflyasiya arasındakı fərqdən asılı olaraq çevik dəyişdiriləcək.

Mərkəzi Bank banklar tərəfindən likvidliyin effektiv idarə edilməsinə şərait yaratmaq üçün özünün müxtəlif müddətli çərçivə və açıq bazar əməliyyatlarının yeni konfiqurasiyasını formalaşdıracaq. Çərçivə alətlərinə çıxış və məcburi ehtiyatların aylıq ortalama rejimində saxlanılması növbəti ildə də likvidliyin banklar tərəfindən optimal idarə edilməsinə şərait yaradacaq. Mərkəzi Bankın açıq bazar əməliyyatlarının bir hissəsi qısamüddətli, digər hissəsi isə uzunmüddətli likvidliyin tənzimlənməsinə xidmət edəcək. Mərkəzi Bank tərəfindən buraxılan qiymətli kağızların müddət çeşidinin genişləndirilməsi məsələlərinə baxılacaq. Alət konfiqurasiyasında dəyişikliklər pul siyasətinin transmissiyasında faiz kanalının rolunun güclənməsinə, pul bazarının aktivləşməsinə və gəlirlik əyrisinin formalaşmasına dəstək verəcək. Likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi istiqamətində işlər növbəti ildə də davam etdiriləcək.

Faiz siyasəti inflyasiya üzrə hədəfə nail olmaqdan asılı olaraq həyata keçiriləcək. Faiz dəhlizinin parametrləri haqda qərar ölkədə gedən makroiqtisadi proseslər, tsikl göstəricilərinin dinamikası, son proqnozlar və risklər balansında baş verən dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək. İnflyasiyanın effektiv idarə olunmasından asılı olaraq monetar şəraitin normallaşdırılmasının davam etdirilməsi mümkündür. Bununla belə faiz dəhlizinin parametrləri tənzimlənərkən milli valyutada yığımların cəlbediciliyinin qorunması və kredit qoyuluşlarının inflyasiyon artımına yol verilməməsi kimi amillər də nəzərə alınacaq. İnflyasiya risklərinin aktivləşməsi halında pul siyasətinin sərtləşmə istiqamətində də dəyişməsi mümkündür.

Mərkəzi Bank iqtisadi subyektlərin inflyasiya gözləntilərinin stabilləşdirilməsinə yönəldilmiş tədbirlərini davam etdirəcək. Bunun üçün pul siyasətinin effektiv kommunikasiyası və şəffalıq səviyyəsinin yüksəldilməsi diqqətdə saxlanılacaq, öncədən açıqlanmış qrafiklə (Əlavə 1) pul siyasəti qərarları ictimaiyyətə təqdim ediləcək. Kommunikasiya effektinin gücləndirilməsindəki rolunu nəzərə alaraq iqtisadi və maliyyə maariflənməsinin yüksəldilməsi istiqamətində tədbirlər də davam etdiriləcək.

2.3. Ortamüddətli dövrə pul siyasəti istiqamətləri

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq Mərkəzi Bank inflyasiyanın effektli idarə edilməsi məqsədilə pul siyasəti rejiminin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görəcək.

Ortamüddətli dövrdə aşağı, stabil və proqnozlaşdırıla bilən inflyasiya səviyyəsinin təmin edilməsi və dəstəklənməsi ölkə iqtisadiyyatının dayanıqlı artımı üçün əsas amillərdəndir. Qiymət sabitliyi iqtisadiyyatda resursların daha səmərəli bölgüsünü və iqtisadi artımın daha dayanıqlı templərlə baş verməsini dəstəkləyir.

Bir çox inkişaf etmiş ölkələr və inkişaf etməkdə olan ölkələrin təcrübəsi göstərir ki, inflyasiyanın hədəflənməsi rejimi qiymət sabitliyinin qorunması, inflyasiyanın aşağı və sabit səviyyədə saxlanılması üçün ən optimal rejimdir. Bunu nəzərə alaraq Mərkəzi Bank uzunmüddətli dövrə inflyasiyanın hədəflənməsi rejimini Azərbaycan üçün optimal pul siyasəti rejimi olaraq görür və rejimə keçid şərtlərinin reallaşdırılması istiqamətində işlər davam etdiriləcək.

İnflyasiyanın hədəflənməsi rejimində inflyasiya və inflyasiya gözləntiləri əsasən faiz dərəcələri vasitəsilə idarə olunur. Bu rejimdə pul siyasətinin iqtisadiyyata transmissiyanın birinci həlqəsində Mərkəzi Bankın siyasət faiz dərəcəsi banklararası bazarda qısamüddətli faizlərə təsir edir. Transmissiyanın ikinci həlqəsində isə qısamüddətli faizlər pulun uzunmüddətli dəyərinə təsir göstərməklə məcmu tələbi və bu əsasda inflyasiyanı dəyişdirir.

İnflyasiyanın hədəflənməsi rejiminin effektiv tətbiqi üçün zəruri şərtlərin mövcud durumu Azərbaycanda inflyasiyanın hədəflənməsi rejiminə mərhələli keçidi labüd edir.

Yeni rejimə mərhələli keçid çərçivəsində pul siyasətinin alternativ lövbərinin formalaşdırılması istiqamətində səylər gücləndiriləcəkdir. Qabaqcıl təcrübəyə əsasən optimal alternativ lövbər rolunu banklararası bazarda qısamüddətli faizlər oynaya bilər. Bunun üçün pul bazarının aktivləşməsi, o cümlədən qiymətli kağızlar bazarının dərinləşdirilməsi və banklararası pul bazarının inkişafına xidmət edən infrastruktur elementlərinin inkişafı istiqamətində işlər aidiyyəti orqanlarla birlikdə davam etdiriləcək. Mərkəzi Bankın pul siyasəti alətlərinin yeni konfiqurasiyası da pul bazarının aktivləşməsini dəstəkləyəcək.

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın həyata keçirilməsi yaxın 3 ildə ölkədə nağd pul dövriyyəsini əhəmiyyətli azaltmalıdır. Bu da monetar nəzarətin gücləndirilməsi, habelə iqtisadiyyatın monetizasiya səviyyəsinin yüksəldilməsi ilə inflyasiyanın effektiv idarə edilməsinə müsbət təsir göstərəcək.

Ortamüddətli dövrdə makroiqtisadi siyasətin hər hansı istiqamətinin dominantlığına yol verilməməsi və fiskal qaydaların kont-tsiklik tətbiqi potensialının inkişafı, bank sektorunun sağlamlaşdırılması və maliyyə vasitəçiliyinin gücləndirilməsi tədbirləri, habelə həyata keçirilməkdə olan struktur-institusional islahatlar da yeni pul siyasəti rejiminə keçidi sürətləndirəcək.

İqtisadi subyektlər tərəfindən adekvat gözləntilərin formalaşmasını təmin etmək məqsədilə pul siyasətinin kommunikasiyasının effektivliyinin daha da artırılması, Mərkəzi Bankın təhlil və proqnozlaşdırma sisteminin təkmilləşdirilməsi istqamətində tədbirlər də davam etdiriləcək.

Beləliklə, 2019-cu il və ortamüddətli dövrdə də makroiqtisadi sabitliyin qorunması, xüsusən də davamlı qiymət sabitliyinə nail olunması dayanıqlı iqtisadi artım üçün baza şərti olacaq. Mərkəzi Bank özünün pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə bundan sonra da zəruri dəstək verəcək. Həyata keçiriləcək pul siyasətinin uğuru əhəmiyyətli səviyyədə iqtisadi siyasətin bütün istiqamətlərinin effektiv koordinasiyasından asılı olacaq.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tomoko İida: Siqaretçəkmə nisbətinin azaldılması Azərbaycanın insan kapitalını gücləndirəcək

“Turan Tovuz”un panamalı futbolçusu milli komandada mükafatlandırılıb

Qlobal enerji xəritəsini formalaşdıran Azərbaycan modeli - ŞƏRH

Qazaxıstanda QR-111 sistemi vasitəsilə uşaqlardan 167 min müraciət daxil olub

Ölkəmizin strateji əhəmiyyəti Yaponiya gündəmində

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Azərbaycan Şərqlə Qərb arasında strateji enerji körpüsü rolunu oynayan böyük geosiyasi oyunçudur - ŞƏRH

Ekspert: Startaplar üçün vahid “bir pəncərə” platforması yaradılmalıdır – ŞƏRH

Arıqlamaq üçün çay, kofe və ya şokoladlar effektlidirmi?

Dünya çempionatına buraxılmayan hakim UEFA Superkuboku uğrunda oyunu idarə edəcək

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Mədinə Səlimova: Ən böyük arzum "Leyli" obrazını yaratmaqdır – MÜSAHİBƏ VİDEO

Deputat: Kənd təsərrüfatının inkişafı ilə bağlı yeni vəzifələr aqrar sahədə yeni mərhələ yaradır

Respublika Seysmoloji Xidmət Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş tədbir təşkil edilib

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Voleybol Federasiyasının rəsmisi Avropa Liqasının oyunlarına təyinat alıb

Ötən ay OPEC-in gündəlik neft hasilatı 18,8 milyon barelə geriləyib

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Aynur Babayeva: Xurşidbanu Natəvanın bədii tikmələrinin nümunələri “Gül dəftəri” albomunda toplanıb VİDEO

Milli Qurtuluş Günü: Xalq-lider birliyinin təntənəsi

Beş ayda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 117 milyon manat vəsait ödənilib

“ACWA Power”: Biznes transformasiyası investisiyaların cəlb edilməsi üçün zəruri amildir

Mürvət Həsənli: Dövlət Proqramının əsas məqsədi ərzaq təhlükəsizliyinin gücləndirilməsidir

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Daşınmaz əmlak alarkən hüquqi risklərdən necə qorunmaq olar? VİDEO

Azərbaycan Mətbuat Şurasında ictimai müzakirə YENİLƏNİB

Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək

® “Bakcell” “Signature Gala Night” tədbirinin tərəfdaşı olub

“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub

Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib

Yeni təmayül tədris modelinə qeydiyyat başlanıb

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Qlobal maliyyə sistemində İslam maliyyəsinin yüksəlişi Azərbaycan üçün hansı yeni imkanlar yaradır?

Kiyev “Patriot” raketləri əldə etmək üçün Avropa Komissiyasının icazəsini almalıdır

UNEC voleybol klubunun yeni baş məşqçisi bəlli olub

bp: Azərbaycan gələcəyin texnologiyalarının yaradılması məkanına çevrilə bilər

Siyasi şərhçi: Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqlik mərhələsinə yüksəlib

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Azərbaycandan Ermənistana 17 vaqon dizel yanacağı yola salınıb VİDEO

Asiyadan Qərbə uzanan mədəniyyət: türk və ərəb folklorunda kölgə oyunları

Rəşad Məcid: Bəzi sosial şəbəkələr uşaqların mənəvi inkişafına mənfi təsir göstərir

Bakı metrosu yay qrafikinə keçib

Polşada qanunsuz yaşayan 140 əcnəbi saxlanılıb

Xaosdan şanlı Zəfərə: BDU-da Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub

Cənubi Qafqazda yeni geosiyasi reallıqlar və Azərbaycanın sülh gündəliyi müzakirə olunub YENİLƏNİB

İstanbul Bəyannaməsi üç ölkənin strateji tərəfdaşlığının növbəti təzahürüdür

Vergiödəyicilərinə xidmət mərkəzlərində 400 minədək xidmət göstərilib

Politoloq: Cənubi Qafqazda qlobal aktorların maraq dairəsi xeyli genişlənib

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

Şəhid övladları üçün ənənəvi “Məzun günü” tədbiri təşkil olunub

Azərbaycan Badminton Federasiyası Ruandaya idman ləvazimatları göndərib

İran 408 əfqan məhbusu Əfqanıstana təhvil verib

BMU-da Milli Qurtuluş Günü qeyd olunub

Bakıda “Azərbaycanda alman memarlığı” mövzusunda beynəlxalq konfrans başlayıb

Xızıda quşların antisanitar şəraitdə kəsildiyi və satışa çıxarıldığı aşkarlanıb

Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn əl-Şeyxdən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya 28 May – Müstəqillik Günü münasibətilə təbrik

İTV: Dünya çempionatının bütün oyunları Azərbaycanda canlı yayımlanacaq

Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”

“Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair” qanun layihəsi işğaldan azad edilmiş ərazilərin inkişafına mühüm töhfə verəcək – RƏY

Böyük Britaniyanın müdafiə naziri istefa verib

Məqsəd 16 yaşınadək uşaqların internetə çıxışını deyil, sosial platformalara girişini məhdudlaşdırmaqdır

BŞTİ məktəb direktorları və bağça müdirləri üçün təlim təşkil edib

Su infrastrukturunun inkişafı və yenidən qurulması istiqamətində mühüm işlər həyata keçirilir

Paşinyan TRIPP layihəsinin tezliklə həyata keçiriləcəyinə ümid edir

Coğrafiyaşünas-alim: El Nino hava fenomeni Xəzər dənizinin səviyyəsinə təsirsiz ötüşməyəcək

Fridrix Merts: Almaniya Hörmüz boğazının təhlükəsizliyinin təmin edilməsində iştiraka hazırdır

AHİK: Yollayışların verilməsi qanunvericiliyin tələblərinə uyğun həyata keçirilir

Haiti Futbol Federasiyası FIFA-nın tələbi ilə oyun formalarını dəyişdirməyə razı olub

Rusiya XİN Avropanın üç ölkəsinin səfirləri ilə görüş barədə məlumat verib

Sadiq Qurbanov: Azərbaycan kənd təsərrüfatına yararlı torpaq fonduna görə bir çox Avropa ölkəsini üstələyir

Azərbaycan millisinin hücumçusu Madriddə əməliyyat olunub

Qərbi Azərbaycan İcmasında süni intellektin idarə olunması mövzusunda məlumatlandırma sessiyası

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş biblioqrafik göstərici nəşr edilib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru: Fermerlərə əlavə subsidiyaların verilməsi nəzərdə tutulur

Paytaxtda fəaliyyət göstərən təhsil mərkəzlərinin rəhbərləri AzTU-da olublar

Neymar Braziliya millisinin dünya çempionatındakı ilk oyununu buraxa bilər

Jerald Darmanənin təqdim etdiyi cinayət ədaləti islahatı ilə bağlı qanun layihəsi rədd edilib

İsveçdə ictimai yerlərdə hicabın qadağan olunması təklif edilir

Rəşad Hüseynov: Bitkiçilik sahəsində inkişaf heyvandarlığa nisbətən üstünlük təşkil edir

Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir

Rusiya Prezidentinə Novruz bayramına ümummilli status verilməsi təklif olunub

Azərbaycanın xarici siyasəti balanslı, çoxşaxəli və milli maraqlara əsaslanan praqmatik yanaşma ilə xarakterizə olunur - ŞƏRH

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Tarix Muzeyində mədəniyyətlərarası səyahət: uşaqlar Meksika və Azərbaycanı necə tanıdılar?

“Reuters”: ABŞ ilə İran arasında dondurulmuş vəsaitlər üstündə mübahisə gedir

Komitə sədri: 2026-2030-cu illər üzrə Dövlət Proqramı aqrar sahənin inkişafı üçün aydın yol xəritəsidir

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiahdan

Nazir: Keyfiyyətsiz toxum dövriyyəsinin qarşısı alınacaq

Azərbaycan və İran arasında yükdaşımaların artırılması sahəsində əməkdaşlığa dair protokol imzalanıb

Balıqçılıq və akvakultura sahəsində qüvvədə olan qanunvericiliyin yenilənməsi planlaşdırılır

Böyük neft paradoksu: Qərbin sanksiyaları niyə işləmir?

Fransada magistral avtomobil yollarına nəzarət üçün dronlar sınaqdan keçirilir

“Aqrar sahə haqqında” yeni Qanunun hazırlanması nəzərdə tutulur

Məcnun Məmmədov: Kənd təsərrüfatı Azərbaycanın sosial-iqtisadi inkişafında xüsusi yer tutan strateji sahədir

Hamza Hamzaoğlu: Türkiyə millisinin yarımfinala yüksəlməsi çempionluq qədər dəyərli olar – EKSKLÜZİV

Xalq-Lider birliyinin təntənəsi: Heydər Əliyev irsi və müasir Azərbaycan

“Bloomberg”: Avropa Ukrayna məsələsində Trampın dəstəyinə nail olmaq istəyir

Çin sınaq peykini kosmosa göndərib

Nəsimi rayonunda ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb

Ekspert: İstanbul Bəyannaməsi Türkiyə, Azərbaycan və Gürcüstan əlaqələrinə dair vizyonu əks etdirir

Muxtar respublikada 226 milyon 57 min manatlıq sənaye məhsulu istehsal edilib

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Culfada baş verən yanğında xəsarət alanların vəziyyətləri açıqlanıb - YENİLƏNİB VİDEO

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı kimyəvi mübarizə tədbirləri aparılıb

Məhərrəm ayının başlanacağı tarix açıqlanıb