Mərkəzi Bank: Suriya dondurulmuş vəsaitlərin qaytarılması üzərində işləyir
Qahirə, 21 oktyabr, AZƏRTAC
Suriya Mərkəzi Bankı ABŞ Federal Ehtiyat Sistemi və bir sıra ABŞ bankları ilə görüşlər keçirib. Görüşlərin məqsədi Suriyanın bank hesablarını yenidən aktivləşdirmək və beynəlxalq maliyyə əlaqələrini gücləndirmək olub. Bu, ümidverici inkişafdır.
AZƏRTAC xəbər verir ki, bunu Suriya Mərkəzi Bankının sədri Əbdülqadir əl-Husriyyə “əl-Arabiyyə Business” kanalına Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantıları çərçivəsində verdiyi müsahibədə deyib.
“Biz Federal Ehtiyat Sisteminin nümayəndələri ilə Suriya Mərkəzi Bankının hesablarının açılması və aktivləşdirilməsi, həmçinin Amerika bankları ilə əlaqələrin gücləndirilməsini müzakirə etdik”, - deyə əl-Husriyyə əlavə edib.
Eyni zamanda, Suriya bankının rəhbəri qeyd edib ki, ölkəsi qanuni maneələrin aradan qalxmasından sonra dondurulmuş vəsaitlərin qaytarılması məsələsi üzərində çalışır.
Əl-Husriyyə əlavə edib ki, Suriya Mərkəzi Bankı regiondakı bir sıra mərkəzi banklarda, o cümlədən Türkiyənin, Səudiyyə Ərəbistanının və Birləşmiş Ərəb Əmirliklərinin mərkəzi banklarında yeni hesablar açmaq niyyətindədir. Bu strategiya Suriyanın müxtəlif banklarda xarici valyutada olan ehtiyatların yenidən formalaşdırılmasına və eyni zamanda dondurulmuş depozitlərin azad edilməsinə yönəlib.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]