Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 27-də Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50100973S dövlət qeydiyyat nömrəli, 300 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.4388 AZN (7,26 faiz) olan 20 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 853 milyon 510 min 100 manat olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.4388 manat (7,26 faiz), orta ölçülmüş qiyməti 99.4388 manat (7,26 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 milyon manat təşkil edib.
Notların ödəmə tarixi martın 27-dir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]