MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI TƏLİM MƏŞĞƏLƏLƏRİNƏ BAŞLAYIR
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyası (MSK) aşağı seçki komissiyalarının maarifləndirilməsi məqsədi ilə bir sıra layihələr həyata keçirir. Bunlardan biri də məntəqə seçki komissiyaları üçün təlim məşğələlərinin təşkilidir.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, 2003-cü ildən keçirilən təlim məşğələləri bu il yeni formatda təşkil ediləcəkdir. MSK-nın Avropa Şurasının Venesiya Komissiyası ilə birgə gerçəkləşdirdiyi layihə çərçivəsində hər dairə seçki komissiyasından (DSK) 2 nəfər olmaqla təlim keçənlər hazırlanmışdı. MSK-nın təlim məşğələləri qrupu və Venesiya Komissiyasının ekspertləri DSK-lar tərəfindən tövsiyə olunmuş 250 mütəxəssisə 4 gün ərzində seçkilər və təqdimat bacarıqları ilə bağlı müxtəlif mövzularda təlimlər keçmişlər.
Avqustun 18-dən isə məntəqə seçki komissiyalarının üzvləri üçün təlim məşğələləri keçiriləcəkdir. Bakı və Sumqayıtda isə məşğələlər avqustun 22-dən başlanacaqdır. Məşğələlər zamanı məntəqə seçki komissiyalarının üzvlərinə əyani vəsaitlər - seçki günü üçün yaddaş, protokol nümunələri və s. təqdim olunacaqdır. Məntəqə seçki komissiyalarının 30 000-dən artıq üzvünü əhatə edəcək məşğələlərin birinci mərhələsinə avqustun sonlarında yekun vurulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]