“Mərmər soyuğu” filmi beynəlxalq festivalda “Ən yaxşı ssenari” mükafatını qazanıb


Bakı, 11 dekabr, AZƏRTAC
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona Films” şirkətlərinin birgə istehsalı olan “Mərmər soyuğu” bədii filmi Rusiyanın Arxangelsk şəhərində keçirilən 7-ci Beynəlxalq “Arctic Open” Film Festivalında iştirak edib.
“Azərbaycanfilm” kinostudiyasından AZƏRTAC-a bildirilib ki, əsas müsabiqədə yarışan 11 filmdən biri olan “Mərmər soyuğu” festivalın “Ən yaxşı ssenari” mükafatına layiq görülüb.
Filmin baş prodüseri Arzu Əliyeva, rejissoru Asif Rüstəmov, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, quruluşçu operatorları Oktay Namazov və Adil Abbasov, quruluşçu rəssamı isə Rafiq Nəsirovdur. Prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüser isə İradə Bağırzadədir. Baş rollarda Elşən Əsgərov, Natavan Abbaslı və Xalq artisti Qurban İsmayılov çəkiliblər.
Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə həbsdən evə qayıdan ata oğlunun həyatına müdaxilə etməyə çalışır.
Qeyd edək ki, film dünya premyerasını 2022-ci ilin noyabr ayında PÖFF Tallin Qara Gecələr Film Festivalında edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.04.2025 [12:11]
Bu gün Xalq yazıçısı Qılman İlkinin doğum günüdür
- 28.04.2025 [11:48]
“Nine Senses SEA BREEZE” sizi yoqa festivalına dəvət edir
- 28.04.2025 [11:20]
Musiqi müəllimlərinin attestasiya nəticələrinə uyğun təlimlər başlayır
- 28.04.2025 [10:26]
“Bulaq” verilişinin əvəzsiz aparıcısı
Superliqa: “Qalatasaray” böyükhesablı qələbə qazanıb
- 27.04.2025 [23:03]
Berlində azərbaycanlı gənc musiqiçilərin konserti olub
- 27.04.2025 [22:45]
"Mançester Siti" İngiltərə Federasiya Kubokunun finalına vəsiqə qazanıb
- 27.04.2025 [22:36]
Mstislav Rostropoviçin anım günü ilə əlaqədar onlayn fləş-mob keçirilib
- 27.04.2025 [22:29]
Misli Premyer Liqası: "Qarabağ" 12-ci dəfə Azərbaycan çempionluğunu qazanıb
- 27.04.2025 [21:53]