Məşhur şahmatçılar Gəncədən xoş təəssüratlarla ayrılıblar
Bakı, 2 may, AZƏRTAC
“Shamkir Chess-2017” şahmat turnirinin iştirakçıları İngiltərə təmsilçisi Maykl Adams, sabiq dünya çempionu Veselin Topalov, eləcə də partiyaları rəsmi sayt üçün şərh edən məşhur şahmatçı Lyubomir Lyuboyeviç Gəncədə olublar.
AZƏRTAC xəbər verir ki, qonaqlara Gəncənin tarixi və mədəniyyəti haqqında məlumat verilib, onlara qədim şəhərin abidələri göstərilib.
Qonaqlar Gəncədən xoş təəssüratlarla ayrılıblar.