Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏTBUAT ŞURASININ SƏDRİ ƏFLATUN AMAŞOVUN ÇIXIŞI

- Hörmətli cənab Prezident!

Hörmətli xanımlar və cənablar!

Əziz qonaqlar!

İyulun 22-si milli mətbuat günüdür, bütün Azərbaycan xalqının bayramıdır. Hər bir xalqın milli intibahı, ictimai təfəkkürün inkişafı onun milli mətbuatı ilə üzvi surətdə bağlıdır. 130 yaşlı “Əkinçi” də Azərbaycanın ictimai fikir tarixində belə müstəsna rol oynamışdır. Qəzetin naşiri, redaktoru, müxbiri və korrektoru vəzifələrini uzun müddət icra edən Həsən bəy Zərdabi haqlı olaraq, Azərbaycan mətbuatının banisi hesab edilir.

“Əkinçi” aydın proqramla, məqsədlə meydana atılmışdı. Əsrlər boyu görülə bilməyən bir işi cəmi iki ilə həyata keçirdi, xalqın qeyrətli oğullarını başına toplayaraq misilsiz bir məktəb yaratdı. “Əkinçi”nin səpdiyi ziya, maarifçilik toxumu hələ ondan çox sonralar da öz bəhrəsini verdi. Onun ideyaları “Şərqi-Rus”, “Həyat”, “Kaspi” qəzetləri, demokratik mətbuatın öncülləri olan “Molla Nəsrəddin”, “Zənbur” jurnalları və digər nəşrlər tərəfindən daha da inkişaf etdirilərək, yüksək mərhələyə qaldırıldı. Maarifləşmə, məfkurə saflığı, ümummilli dəyərlərin təbliği, onların qiymətləndirilməsi, yazılı dilin şifahi dilə yaxınlığı, faktlara və hadisələrə obyektiv baxış məhz “Əkinçi”dən gələn prinsiplər idi. Bütün bunlar Azərbaycan ilk dəfə müstəqilliyini əldə edərkən baza rolunu oynadı.

1918-1920-ci illərdə Xalq Cümhuriyyəti bu ideyalara hörmət əlaməti olaraq, müstəqil mətbuatın inkişafı üçün lazım olan bütün şəraiti yaratdı. Buna bariz nümunə kimi “Azərbaycan” qəzetini göstərmək olar. Demokratik dəyərlərə söykənən bu qəzetin ictimai fikir tariximizdə oynadığı rolun nəticəsidir ki, Azərbaycan müstəqilliyinə ikinci dəfə qovuşarkən fəaliyyətini bərpa edən ilk qəzetlərdən biri məhz bu qəzet oldu.

Totalitar rejimin nə olduğu xalqımıza artıq 70 illik sovet dövrünün təcrübəsindən yaxşı məlumdur. Bu, doğrudan da hər bir ideyanı, azad sözü çərçivəyə salan bir sistem idi. Mətbuat üzərində dövlət inhisarı, hətta mövzuları, ən kiçik xəbərləri partiyalılığa uyğunlaşdırmaq münasibəti o dövrün əsas xüsusiyyətləri idi. Ancaq biz bu dövrü yalnız mənfiliklərlə yadda saxlaya bilmərik.

Keçən əsrin 80-ci illərinin sonunu, azadlıq hərəkatını yadımıza salaq. Həmin müddətdə o hadisələrin önündə sovet senzurasından qorxmayaraq, öz fikirlərini xalqa çatdırmağa cəhd edən insanlar dayanmışdılar. Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarını fəda edən Çingiz Mustafayev, Alı Mustafayev, Salatın Əsgərova, mətbuatın azadlıq rəmzi hesab edilən Nəcəf Nəcəfov və başqaları məhz həmin dövrün yetirmələri idi. Biz həmin insanların ruhunu həmişə hörmətlə yad edirik.

Hörmətli xanımlar və cənablar!

Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra ölkəmizdə söz və mətbuat azadlığı ilə bağlı ciddi işlər görülmüşdür və görülməkdədir. Təsəvvür edin, hər vətəndaş az bir vaxtda özü üçün kütləvi informasiya vasitəsi təsis edə bilər və öz fikrini, məramını asanlıqla çatdırmaq imkanına malikdir. Azərbaycan mətbuatının hüquqi bazası gündən-günə genişlənir, təkmilləşir. Biz əminik ki, tezliklə informasiya azadlığı haqqında qanun qəbul olunacaq, informasiya ilə bağlı qanunvericilikdə düzəlişlər ediləcəkdir.

Azərbaycan mətbuatına dövlət qayğısının artırılması ilə bağlı iki mühüm sənəd qəbul edilibdir. Mətbuat üzərindən senzura, əlavə dəyər vergisi götürülmüş, ölkəmizə qəzet kağızının gətirilməsi ilə bağlı gömrük rüsumu sıfıra endirilibdir. Bütün bunlar 2002-ci ildə “Jurnalistlərin dostu” adına layiq görülən mərhum Prezidentimiz Heydər Əliyevin Azərbaycan mətbuatına qayğısı kimi qiymətləndirilir. Allah ona rəhmət eləsin!

Hörmətli xanımlar və cənablar!

Bu gün Azərbaycan mətbuatı problemlərdən də xali deyildir. Deyərdim ki, mətbuatımızın əsas problemi onun iqtisadi cəhətdən özünü maliyyələşdirə bilməməsidir. Belə olduğu halda, mətbuat vasitələri ya məhv olur, yaxud da başqa yollara əl atır. Nəticə göz qabağındadır. Azərbaycan mətbuatı siyasiləşir. Siyasiləşdikcə, müstəqilliyini itirir. Fərdi, qrup maraqları ümumi maraqları üstələyir. Nəticədə insanların şərəf və ləyaqəti alçaldılır, onların haqqında həqiqətə uyuşmayan materiallar baş alıb gedir. Mənə elə gəlir ki, hazırda mətbuatımızın inkişafını sürətləndirmək üçün aşağıdakı işləri görmək vacib şərtlərdəndir.

Müasir mətbuat öz problemlərinə kompleks yanaşmağa üstünlük verir. Mətbuatın inkişafı üçün mühüm dövlət sənədinin hazırlanması vacibdir. Həmin sənəddə bütün mətbuat vasitələrinin, əsasən də, rəsmi kütləvi informasiya vasitələrinin tezliklə özəlləşdirilməsi, müstəqilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, onlara həqiqətən də uzunmüddətli kreditlərin verilməsi, televiziyalara lisenziyaların verilməsinə başlanması və jurnalistlərin peşəkarlığının artırılması həmin proqramın əsas hissələrini təşkil etməlidir.

Bu gün burada Azərbaycan mətbuatının yubileyini keçirdiyimiz bir vaxtda təbii ki, Elmar Hüseynovla bağlı ağrı-acılar bizi tərk etməyibdir. Bu, təbiidir. Bu ağrı-acı bizi o zaman tərk edəcək ki, günahkarlar tapılıb haqlı cəzalarını alacaqlar. Biz, Azərbaycan jurnalistləri buna əminik.

Cənab Prezident, Siz Azərbaycan milli mətbuatının 130 illiyi ilə bağlı Sərəncam imzaladınız. Həmin Sərəncamın mətbuatımıza müsbət təsiri açıq-aşkar sezilməkdədir. Biz əminik ki, Siz bundan sonra da mətbuatla bağlı digər sənədlər qəbul edib, mətbuatın müstəqilləşməsi üçün əlinizdən gələni edəcəksiniz.

Çıxışımın sonunda mən milli mətbuat günü münasibətilə hamınızı səmimi qəlbdən təbrik edirəm. Sizə həyatın ən gözəl neməti olan cansağlığı, uğurlar arzulayıram. Sağ olun.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi. (Dövlətimizin başçısının nitqi qəzetin bugünkü nömrəsində dərc olunur).

X X X

Sonra Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra kütləvi informasiya vasitələrinin və onların əməkdaşlarının mükafatlandırılması ilə bağlı imzaladığı sərəncamları oxudu.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev jurnalistlərlə səmimi görüşdü, onların bayramlarını təbrik etdi, problemləri və qayğıları ilə maraqlandı.

Təltif olunan, mükafat alan kütləvi informasiya vasitələrinin nümayəndələri, jurnalistlər milli mətbuatımızın inkişafına göstərilən dövlət qayğısına görə respublikamızın rəhbərinə dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafındakı xidmətlərini xatırlatdılar, ulu öndərin rəhbərliyi dövründə mətbu orqanlara yetirilən diqqətin unudulmadığını, bu siyasətin uğurla davam etdirildiyini vurğuladılar, bəzi problemlərdən söhbət açdılar, dövlətimizin başçısına xarici ölkələrdə nəşr olunan qəzet və jurnalların nüsxələrini təqdim etdilər.

Prezident İlham Əliyev mətbuatın, o cümlədən rayon qəzetlərinin inkişafı istiqamətində, onların problemlərinin həlli ilə bağlı bundan sonra da mühüm işlər görüləcəyini diqqətə çatdırdı. O dedi ki, hər şeyi etmək mümkündür. Sadəcə olaraq, gərək yerlərdə insanlar canla-başla işləsinlər. Biz də öz tərəfimizdən kömək edəcəyik. Sizin hamınızı bayram münasibətilə bir daha ürəkdən təbrik edirəm.

Prezident İlham Əliyev mərasimin sonunda jurnalistlərlə xatirə şəkli çəkdirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına və “Aramco” obyektinə hücum ediblər

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

UEFA Millətlər Liqası: Fransa Belçikanı məğlub edib

Hörmüz boğazında tanker naməlum mənşəli mərmi ilə vurulub

ABŞ Litvada hərbi baza yaradılması təklifini nəzərdən keçirəcək

Fransada liseylərdə etirazlar gərginləşir: 1000-ə yaxın şəxs saxlanılıb

Britaniya hökuməti “RAF Fairford” bazasının təhlükəsiz olduğunu bildirib

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan kollektiv çəkindirmə mexanizmini aktivləşdirmək barədə razılığa gəliblər

Dosent: Əlyazma irsimizin gənc nəslə çatdırılmasında müəllimin rolu mühümdür

Türkiyədə təyyarədə bomba olması barədə həyəcan siqnalı daxil olub

Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Lənkəranda idarəetmədən çıxan avtomobil kanala aşıb

Şimal-qərb bölgəsinin bir qrup təhsil işçisi təltif olunub

Ərdəbil Moqan Honar Teatrı V Şəki Beynəlxalq Teatr Festivalında çıxış edib

Tovuzda ata oğlunu bıçaqlayıb

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Prezident İlham Əliyevin müdrik siyasəti illərlə blokadada qalmış Naxçıvanı nəqliyyat qovşağına çevirir - EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Almaniya Şimal dənizi sahilində ikinci hərbi-dəniz bazasının yaradılmasını planlaşdırır

Ceyhun Bayramov: Afrika ölkələri ilə əlaqələrin inkişafı Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir

Şəhid xanımlarının təhsilinə dəstək məqsədilə yeni imkanlar yaradılır

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Ceyhun Cəlilov: Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş planda əlçatanlıq və müasir şəhərsalma əsas götürülüb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Naxçıvanda 400-dən çox imtiyazlı şəxsə mənzil, 635 nəfərə isə avtomobil verilib VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Türkiyə rəsmiləri Ər-Riyadda keçirilən müzakirələrdə iştirak ediblər VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Hədəf 2028-ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Ceyhun Cəlilov: Yeni reallıq Naxçıvanı beynəlxalq nəqliyyat qovşağına çevirir VİDEO

Prezident İlham Əliyevin sosial media hesabında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Səlahiyyətli nümayəndə: Naxçıvan şəhərinin ictimai nəqliyyatı tamamilə elektrobuslarla təmin olunub VİDEO

Yəmən hökumət qüvvələri Moha şəhərinə nəzarəti bərpa edib

Tramp: Benzinin qiymətini artıq Hörmüz boğazı qaldırmır

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Yeni dərman zavodundan REPORTAJ VİDEO

Azərbaycanın xarici işlər naziri ilə ABŞ-nin Dövlət katibi arasında telefon danışığı olub

Xüsusi təyinatlı təhsil müəssisələrində Beynəlxalq Müəllimlər Günü qeyd edilib

Efiopiyada hava zərbələri nəticəsində 17 nəfər həlak olub

Prezidentin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb VİDEO

Vyetnamda keçirilən festivalda Azərbaycan mədəniyyəti təqdim olunub

Bu saata olan əsas xəbərlər

“Qobustanda arxeoloji sirlərin geofiziki üsullarla aşkarlanması” – BDU-da beynəlxalq fənlərarası seminar

TÜRKPA-nın 15-ci Plenar İclasına hazırlıq məsələləri nəzərdən keçirilib

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

Yarımçıq qalan dərs davam edir - Kəlbəcərli müəllimin illər sonra gerçəkləşən arzusu VİDEO

BDU və Qobustan Milli Tarix-Bədii Qoruğu arasında anlaşma memorandumu imzalanıb

Fransa hökuməti 2027-ci il büdcəsini qəbul etdirmək üçün bütün variantları nəzərdən keçirir

Böyük Qafqazın cənub yamaclarının ekocoğrafi xüsusiyyətləri öyrənilir

Fransalı musiqiçilər: “Baku Jazz Festival-2026”da çıxış etməkdən çox məmnunuq

İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

Professor: Müəllim gənc nəslin informasiya və ideoloji dayanıqlığının formalaşmasında mühüm rol oynayır

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

NDU-da Beynəlxalq Müəllimlər Günü qeyd olunub VİDEO

Nazirlik: Yeni Fərman övladlığagötürmə prosesinin daha çevik və əlçatan olmasına imkan yaradır

“Gen Pharma Caucasus Manufacturing Operations”: Dərmanların qiyməti münasib olacaq

Azərbaycan Cənubi Koreyada musiqi festivalında təmsil olunub

AZSTAND-ın nümayəndə heyəti Parisdə ISO-nun illik toplantısında iştirak edib

Azərbaycan və Gürcüstan Müdafiə nazirliklərinin nümayəndələri arasında görüş olub

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Vətən müharibəsində döyüş yoldaşlarına su gətirərkən şəhid olub... VİDEO

Avropa İttifaqı Moldovaya 157 milyon avro vəsait ayırıb

Rəqəmsal Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq genişləndirilir

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

Nazir: Azad edilmiş torpaqlarda aqrar iqtisadiyyatın böyük nəticələrini 2030-cu ilədək görəcəyik - EKSKLÜZİV VİDEO

“Yaradıcı Filmaton” layihəsi başa çatıb

Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimində iştirak edib YENİLƏNİB VİDEO

Hacettepe Universitetinin akademik heyəti TAU-da müntəzəm mühazirələr oxuyacaq

Elçin Əliyev: "Çaydan Xəzinəsi Muzeyi"ndə müxtəlif ölkələrə və dövrlərə aid 219 çaydan nümayiş etdirilir

Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Ağdamın aqrar potensialı ilə tanışlıq: Rayona mediatur təşkil olunub VİDEO

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında 7 məsələ müzakirəyə çıxarılıb

Arda Gülər transfer dəyəri 100 milyon avroya çatan ilk türk futbolçu olub

Pakistan hökuməti əhalinin yanacaq xərclərini azaltmaq üçün yardım proqramı başladıb

UNEC-də Aptis Mərkəzi fəaliyyətə başlayıb

İçərişəhərdə “İrs üçün yarat” memarlıq müsabiqəsi elan olunub

Rəsədxanada “Sual şagirddən – cavab alimdən” layihəsinə başlanılıb

ETİHİ Respublika Komitəsinin əməkdaşları azad edilmiş torpaqlarda çalışan müəllimlərlə görüşüblər

Agentlik: 277 ahıl müəllimə evlərində sosial-məişət xidməti göstərilir

Arxeoloq: Şahbulaq ətrafındakı alban abidələri tədqiq edilir

Azərbaycan rəqəmsal transformasiya və innovasiya sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir

Zelenski: Zərbə nəticəsində göyərtəsində Azərbaycan vətəndaşlarının olduğu gəmilər zədələnib

Quruluşçu rejissor: Tamaşaçı səhnədə hər birimizin həyat boyu gözlədiyi “Qodo”ları görəcək

Özbəkistan və Azərbaycan: 30 illik etimad, dostluq və yeni imkanlar

Tailandda daşqınlar 31 nəfərin həyatına son qoyub

Almaniyada yeni avtomobillərin üçdəbirindən çoxu elektriklidir

Azərbaycan hərbçiləri Pakistanda keçirilən təlimlərdə iştirak ediblər

Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşların müraciətlərini dinləyəcək

Ərdoğan: Türkiyədə hazırlanan kosmik aparatın istehsal, montaj və inteqrasiya işləri tamamlanıb

Yeni dərman istehsalı müəssisəsi yerli əczaçılıq sənayesinin inkişafına yeni imkanlar açır – ŞƏRH

İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Bakıda Ermənistan ərazisindəki ekoloji fəaliyyətlərin regiona təsirlərinə dair brifinq keçirilib VİDEO

Naxçıvanda DOST Qəbul şöbələri yaradılır

III Tələbə Mentorluq Proqramında 83 nəfər iştirak edib

Çində küləyin sürətini ölçmək üçün nəzərdə tutulmuş dünyanın ən hündür qülləsinin tikintisi başa çatdırılıb

Qazaxıstan hərbçilərinin Xəzər dənizinə düşməsi ilə bağlı 5 vəzifəli şəxs həbs olunub

“Rosatom”: Zaporojye AES hücuma məruz qalıb və zədələnib

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

Gəncədə irigövdəli ağacın budağı hərəkətdə olan avtomobilin üstünə düşüb VİDEO

“Təhsildə yeni çağırışlar” VII Beynəlxalq Forumu

Azərbaycan və Ukrayna ombudsmanları insan hüquqlarının müdafiəsində əməkdaşlığı gücləndirirlər

Böyük Qayıdış regional inkişafın yeni mərhələsini formalaşdırır - ŞƏRH

Növbəti iki gündə hava yağıntılı olacaq – XƏBƏRDARLIQ

Nanodərmanlar XXI əsrin möcüzəsi olacaq

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib - YENİLƏNİB VİDEO

“Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi başlayıb

Türkiyə və Azərbaycanın elm tarixinin səhifəsi: akademik Bəhram Əsgərovun parlaq yolu

Türkmən baxşı sənəti Türk dünyasının şifahi mədəni yaddaşında mühüm həlqədir

“MEK Könüllülük proqramı”: növbəti qəbul prosesində 300-dən çox müraciət daxil olub

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO

Naxçıvan şəhərinin Xətai məhəlləsində avtomobil yolu asfaltlanır VİDEO