Mətnlərin avtomatik referatlaşdırılması üçün model təklif olunub
Bakı, 21 fevral, AZƏRTAC
AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri Ramiz Alıquliyev, Axen Reyn Vestfal Texniki Universitetinin tələbəsi Nicat İsazadə, Malayziya Texnologiya Universitetinin elmi işçisi, fəlsəfə doktoru Asad Abdi və Malaya Universitetinin kompüter elmləri və informasiya texnologiyaları fakültəsinin elmi işçisi Norisma İdrisin həmmüəllifliyi ilə impakt faktoru 1.43-ə bərabər olan “Expert Systems” jurnalında “COSUM: Klasterləşmə və optimallaşdırma əsasında mətnlərin referatlaşdırılması” sərlövhəli məqalə dərc edilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə mətnlərin avtomatik referatlaşdırılması üçün klasterləşmə və optimallaşdırma metodlarına əsaslanan iki mərhələli cümlə seçimi modeli təklif olunub. Birinci mərhələdə mətndəki bütün mövzuları müəyyən etmək üçün k-means metodu ilə cümlələr klasterləşdirilir. İkinci mərhələdə isə hər bir klasterdən əsas informasiya daşıyıcıları olan, başqa sözlə, klasterlərin semantik məzmununu özündə daşıyan cümlələrin seçilməsi üçün optimallaşdırma modeli təklif edilir. Bu modeldə optimallaşdırılan məqsəd funksiyası iki kriteriyanı əhatə edir. Birinci kriteriya funksiyası seçilən cümlələrin mövzu əhatəsini, ikinci kriteriya funksiyası isə seçilmiş cümlələrin semantik cəhətdən müxtəlifliyini təmin edir. Təklif edilən modeldə seçilən cümlələrin uzunluğuna nəzarət imkanı da var.
Məqalədə optimallaşdırma məsələsinin həlli üçün adaptiv mutasiya strategiyasına malik diferensial təkamül alqoritmi işlənilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [12:28]
Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri
- 14.06.2026 [17:53]
BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”
- 14.06.2026 [11:37]
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub
- 14.06.2026 [11:00]
Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri
- 13.06.2026 [17:36]
Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]