“Məzun evi”nin sakinlərinə ərzaq yardımı edildi
Bakı, 18 aprel, AZƏRTAC
Heydər Əliyev Fondunun sosial layihələrindən biri olan, valideyn himayəsindən məhrum gənclərin mənzillərlə təmin olunduğu “Məzun evi” də sosial dəstək tədbirləri ilə əhatə olunur.
Pandemiya ilə əlaqədar olaraq keçirilən sosial aksiyalara qoşulan SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi “Məzun evi”nin sakinlərinə ərzaq yardımı edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, təşkilat mənzillə təmin olunmuş 365 gəncə ərzaq payları təqdim edib.
Qeyd edək ki, “Məzun evi” müəssisəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun nəzdində fəaliyyət göstərir.