“MİHAMA” AES-DƏ QƏZAYA İŞÇİLƏRİN SƏHLƏNKARLIĞI SƏBƏB OLMUŞDUR
AES-in üçüncü reaktorunun turbinində qəza baş verərkən orada 200-dək adam vardı. Boruda əmələ gələn çatdan temperaturu Selsi ilə 270 dərəcəyə çatan güclü buxar sızmışdır. Reaktor avtomatik surətdə dayanmışdır. Xoşbəxtlikdən, radiasiya sızması baş verməmişdir. Stansiyanın məxsus olduğu “Kansay denrioku” şirkətinin nümayəndəsi bildirmişdir ki, 3-cü reaktorun soyutma sistemi 1996-cı ildən təmir edilməmiş və yoxlanılmamışdır. Halbuki, ötən il təhlükəsizlik sistemində nasazlıqlar olmasının mümkünlüyü barədə xəbərdarlıq alınmışdı.