Mikol Şira: Rodezin azadlığı uğrunda azərbaycanlılar da vuruşublar VİDEO

Rodez, 20 may, AZƏRTAC
Fransa uğrunda həlak olanların xatirəsini daim yaşadan təşkilatımız adından hər birinizə, eləcə də bu təşəbbüsə görə Azərbaycanın Fransadakı səfirliyinə təşəkkür edirəm.
Təşkilatımız Fransanın, xüsusilə də Aveyron departamentinin azadlığı uğrunda mübarizə aparmış insanların xatirəsini daima əziz tutur.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Fransa uğrunda həlak olanların xatirəsini ehtiramla yad etmək üçün 1887-ci ildə yaradılmış Aveyron “Souvenir Français” təşkilatının prezidentinin müavini Nikol Şira deyib.
O bildirib: “Departamentimizin azadlığı uğrunda döyüşənlər arasında digər xalqlarla yanaşı, azərbaycanlılar da olublar. Bu abidə bir daha azərbaycanlıların qəhrəmanlığından xəbər verir”.
Nikol Şira qeyd edib ki, Rodez uğrunda mübarizədə həlak olanların xatirəsi sakinlərin qəlbində bu gün də yaşayır.