ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutu Türkiyə üçün yardım kampaniyasına qoşulub
Bakı, 9 fevral, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Mikrobiologiya İnstitutunun kollektivi Türkiyədə baş verən zəlzələdə zərərçəkən insanlara kömək məqsədilə yardım kampaniyasına qoşulub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, qardaş türk xalqına yardım məqsədilə institutun kollektivi tərəfindən quru yeməklər, konservləşdirilmiş qidalar və isti geyimlərdən ibarət bağlamalar hazırlanaraq müvafiq toplama məntəqəsinə göndərilib.
Allah faciədə həyatını itirən insanlara rəhmət eləsin, xəsarət alanlara tezliklə şəfa versin. Uca Allahdan bütün türk xalqına güc və səbir diləyirik.