Milli Depozit Mərkəzinin üzvləri ilə görüş keçirilib
Bakı, 20 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Milli Depozit Mərkəzində (MDM) ölkədə fəaliyyət göstərən investisiya şirkətlərinin nümayəndələrinin iştirakı ilə növbəti görüş keçirilib.
Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, görüşdə MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev kapital bazarlarında yaradılan yeni imkanlar və bu prosesdə MDM tərəfindən zəruri infrastrukturun təkmilləşdirilməsi istiqamətində görülən işlərlə bağlı iştirakçıları məlumatlandırıb.
MDM-in üzvü olan bir neçə investisiya şirkətinin bu prosesə aktiv qoşulmasını müsbət hal kimi qiymətləndirərək, digər üzvlərin də analoji aktivliyinin əhəmiyyətini vurğulayıb.
Görüş iştirakçılarına MDM-in inkişaf strategiyasında müəyyən edilən risklərin idarəedilməsi mexanizmlərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər barədə məlumat verilib. Eyni zamanda MDM üzvləri ilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Görüşün davamında kapital bazarının inkişafı istiqamətində texnoloji yeniliklərin tətbiqi perspektivləri ilə bağlı investisiya şirkətlərinin təklifləri dinlənilib.
Sonda MDM-in investisiya şirkətləri ilə risklərin aradan qaldırılması istiqamətində birgə fəaliyyət göstərməsi və tezliklə onların komplayens strukturlarının məsul şəxsləri ilə görüş keçirilməsi barədə razılıq əldə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [09:02]
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
- 07.06.2026 [08:56]
Dünya birjalarında neft ucuzlaşıb
- 06.06.2026 [09:55]
Azərbaycan nefti 99 dollara satılır
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]