Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyasının təqdimatı keçirilib

Bakı, 15 yanvar, AZƏRTAC 

Mədəniyyət Nazirliyi və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası azad olunan rayonlarımızda işğaldan əvvəl fəaliyyət göstərmiş 900-dən artıq kitabxananın erməni vandalları tərəfindən tamamilə dağıdılaraq məhv edilmiş kitab fondlarının yenidən bərpası məqsədilə ziyalılardan, ayrı-ayrı təşkilatlardan, nəşriyyatlardan və bütün vətəndaşlardan kitab toplanması kampaniyasına başlayıb. Bu kampaniyaya qoşulan Xalq yazıçısı Elçin Milli Kitabxanaya gələrək öz şəxsi kolleksiyasından 500-ə yaxın kitabı işğaldan azad olunan kitabxanaların fondu üçün hədiyyə edib.

AZƏRTAC xəbər verir ki, kitabların təqdim edilmə mərasimində Milli Kitabxananın direktoru Kərim Tahirov bu təşəbbüsün əhəmiyyətini vurğulayıb. Bildirib ki, kitabların təqdim edilmə mərasiminin keçirilməsi nəinki ölkəmiz, həm də bütün dünya üçün vacib olan bir məlumatdır. Çünki 30 illik işğal nəticəsində ərazilərimizdə mədəni abidələrimiz, kitabxanalarımız və külli miqdarda kitablarımız qalıb. Erməni vandalları bütün mədəni irsimizi dağıdıb. Ancaq 44 günlük müharibədən sonra Ali Baş Komandanın rəhbərliyi və şanlı Ordumuzun şücaəti nəticəsində torpaqlarımız işğaldan azad olunub və doğma əzəli Azərbaycan ərazisi öz sahibinə qaytarılıb.

Qeyd edib ki, azad olunan rayonlarda aparılan baxış zamanı məlum olub ki, ermənilər nəinki torpaqlarımızı ələ keçirmiş, hətta mədəni sərvətlərimizi, tarixi abidələrimizi viran qoyublar və işğal olunmuş torpaqlarda Azərbaycanın izini tamamilə silməyə çalışıblar. Kərim Tahirov söyləyib ki, Prezident İlham Əliyev Füzuli və Cəbrayıla səfəri zamanı ermənilərin dağıtdığı binaların yerində duraraq “Baxın ermənilər kimdir, onların xisləti nədir. Amma biz azərbaycanlılar buranı bərpa edəcəyik”, - deyə dünyaya müraciət edib.

Bildirib ki, Azərbaycan Milli Kitabxanası Mədəniyyət Nazirliyi ilə birlikdə dövlətimizin başçısının bu çağırışına qoşularaq dövlətə köməklik göstərəcəyini qərar verib: “Azad olunmuş torpaqlarda 975 kitabxana var idi və onların fondunda 4 milyon 600 min kitab olub. Buna görə də Azərbaycan xalqının üzərinə böyük bir missiya düşür. Biz Azərbaycan hökumətinə kömək etməliyik. Həmin kitabxanalar bərpa olunduqca onların fondu üçün indidən kitabtoplama kampaniyasına başlamalıyıq”.

Xalq yazıçısı Elçin çıxış edərək Ali Baş Komandan və Azərbaycan Ordusunun rəhbərliyi ilə qazanılan tarixi Qələbə haqqında fikirlərini bölüşüb. Yazıçı bildirib ki, ötən il insanlara çətinliklərlə bərabər, sevinc hissi də yaşadıb. Qeyd edib ki, Prezident İlham Əliyevin ortaya qoyduğu iradə və Ordumuzun şücaəti Qarabağı düşmən işğalından xilas edib. “Bu tarixi bir gündə məni sevinc hissi ilə yanaşı, dəhşət də basır. Elə bil insanın uzun illər qoruduğu kəhrəba rəngli buğda zəmisindən çəyirtkə dəstəsi keçib. Bu erməni xislətinin göstəricisidir. Düşünürəm ki, həmin kitabxanalarda saxlanılan beş milyona yaxın kitab Azərbaycan dilində olduğu üçün yandırılaraq məhv edilib. Bu mədəniyyətə, mənəviyyata olan bir təcavüzdür”.

Yazıçı Mədəniyyət Nazirliyi və Milli Kitabxananın irəli sürdüyü bu təşəbbüsü əhəmiyyətli bir addım hesab edib və bu təşəbbüsün mənəvi bir axına çevrilməsini arzulayıb. “İnanıram ki, bir əsrə yaxın bir zamanda yaratdığımız bu kitabxanaları 3 ilə bərpa edəcəyik”,- deyə Elçin əlavə edib.

Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bildirib ki, bu təşəbbüsə Elçinin qoşulmasının böyük bir mənası, alt qatı var. Çünki onun kökü Qarabağdandır. Böyük İlyas Əfəndiyev öz əsərlərində Qarabağın tarixini onun koloritini olduqca gözəl təsvir edib, dilimizin şəhdi-şirəsinin gözəlliyini öz romanlarında əks etdirib. Onun davamçısı olan Xalq yazıçısı Elçin də öz əsərlərində Qarabağ sevgisini hər zaman büruzə verib.

Rəşad Məcid İlyas Əfəndiyevin “Şuşaya duman gəlib” povestini xatırladıb. Bildirib ki, o əsərin ab-havasında Şuşanın təbiəti, iqlimi necə təsvir olunmuşdu. Elçinin yazdığı “Bayraqdar” romanında da bu şəhərin kədərli, hüznlü məqamlarına toxunulub.

Rəşad Məcid Şuşada və Füzulidə yaradılacaq kitabxanalarda İlyas Əfəndiyev və Elçin Əfəndiyevin kitablarından ibarət ayrıca bir guşə açılması təşəbbüsünü irəli sürüb.

Sonda Kərim Tahirov Xalq yazıçısı Elçinə bu nəcib addımı üçün təşəkkür edərək, bütün Azərbaycan ictimaiyyətini, xaricdə yaşayan həmvətənlərimizi, ziyalılarımızı, yazıçı və şairlərimizi fəal şəkildə bu aksiyaya qoşulmağa çağırıb.

Qeyd edək ki, hədiyyə olunan kitablar sırasında Elçin Əfəndiyevin10 cildliyi də var.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın 4 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

KOSMİK Akademiya Antalyada beynəlxalq kosmik təhsil seminarında qabaqcıl təcrübələri təqdim edib

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayındakı çıxışı ilə bağlı videoçarx paylaşılıb

Cəbrayıla köçürülmüş sakinlərdən 1000-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

UEFA Millətlər Liqası: Azərbaycan millisi Bakıda Litva ilə qarşılaşacaq

Şəfəq qəsəbəsində yaşayış binasında partlayış baş verib

Quba və Qusarın dağ kəndlərinə qar yağması davam edib - FOTOLAR

Almaniya Kansleri Kiyevə gözlənilməz səfər edib

Bakıda cüdo üzrə dünya çempionatı başlayır: İlk gündə Azərbaycanın 4 idmançısı mübarizə aparacaq

Gəncənin ilk mülki şəhidi Tunarın anasının yaddaşında qalan son gün

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Birjalarda qızılın və gümüşün qiyməti azalıb

Dünya birjalarında neft ucuzlaşıb

Ukraynanın gələnilki büdcəsində nəzərdə tutulan hərbi xərcləri onun ümumi gəlirini üstələyir

Nensi Pelosinin xələfi İsrailə qarşı silah embarqosu qoyulmasına çağırır

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb