Milli Məclisdə Almaniya Bundestaqının nümayəndə heyəti ilə görüş keçirilib
Bakı, 16 sentyabr, AZƏRTAC
Sentyabrın 16-da Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Almaniya Bundestaqının deputatı Manfred Zöllmerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinə dair fikir mübadiləsi aparılıb. Qrupun üzvü Rövşən Rzayev Azərbaycanın uğurlarından, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən danışıb.
Bundestaqın deputatı Manfred Zöllmer ölkələrimizin münasibətlərinin inkişafında hər iki tərəfin maraqlı olduğunu deyərək bunun üçün yaxşı imkanların mövcudluğunu vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:41]
Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar
- 02.10.2026 [16:17]
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb
- 02.10.2026 [16:15]
YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib
- 02.10.2026 [16:12]
Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib
- 02.10.2026 [15:32]