MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Sonra Milli Məclisin sədri bu günlərdə Avropa Şurasının sədri Rene van der Lindenlə Tallinndə keçirdiyi görüşü xatırlatmış, bu görüşdə Leo Platvoyetin Milli Məclisə keçirilmiş təkrar seçkilərlə bağlı hazırladığı hesabatın obyektivliyini onun nəzərinə çatdırdığını bildirmişdir.
Oqtay Əsədov, Leo Platvoyetin yeni missiyasının nəticələrinin də tam obyektiv olacağına əminliyini vurğulamışdır. Parlament rəhbərinin fikrincə, L.Platvoyetə həvalə olunmuş vəzifə kifayət qədər çətin və mürəkkəbdir. Bu vəzifəni layiqincə yerinə yetirməyə böyük cəsarət tələb olunur. Oqtay Əsədov AŞPA təmsilçisinin öz vəzifəsinin öhdəsindən gələcəyinə əminliyini bildirmişdir.
Leo Platvoyet seçkilərin nəticələri ilə bağlı hazırladığı hesabata verdiyi yüksək qiymətə görə Oqtay Əsədova minnətdarlığını bildirmiş və demişdir ki, yaxın günlərdə Rene van der Lindenlə görüşəcək və bu görüşdə Azərbaycanla bağlı məsələlər də müzakirə ediləcəkdir.
Sonra L.Platvoyet Azərbaycana yeni səfərinin məqsədi barədə söhbət açmış və bildirmişdir ki, budəfəki missiyanın əsas vəzifəsi qaçqınlar, miqrasiya və əhali problemlərinin ədalətli həlli ilə bağlı tövsiyələr hazırlamaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.