MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Sonra Oqtay Əsədov gürcüstanlı həmkarı ilə keçirdiyi görüşləri xatırlatmış və bildirmişdir ki, bu görüşlərdən sonra parlamentlərarası əlaqələrimiz daha da inkişaf etmişdir.
Gürcüstanın xarici işlər naziri Gela Bejuaşvili Azərbaycana hər gəlişində sürətli inkişaf, əsaslı dəyişikliklər müşahidə etdiyini və bundan məmnun olduğunun bildirmişdir. O, Gürcüstan parlamentinin sədri Nino Burcanadzenin salamlarını Oqtay Əsədova çatdırmışdır. Gela Bejuaşvili, ölkələrimiz arasındakı münasibətlərin daha da genişlənməsi barədə Milli Məclis sədrinin fikirləri ilə razılaşdığını bildirmişdir. O qeyd etmişdir ki, GUAM-ın nüfuzu həqiqətən də artmaqdadır. Biz ikitərəfli, eləcə də beynəlxalq təşkilatlarda əlaqələrimizi genişləndirməliyik.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.