Milli Məclisin deputatı BMT-nin Baş katibi ilə görüşmüşdür
Bakı, 8 may (AZƏRTAC). Milli Məclisin deputatı, AŞPA-nın Qadın kişi bərabərliyi komitəsinin üzvü Qənirə Paşayeva İstanbulda iştirak etdiyi Ümundünya Qadın Sammiti çərçivəsində BMT-nin Baş katibi Pan Gi Munla görüşmüşdür.
Görüşdə Q. Paşayeva Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, ermənilərin azərbaycanlılara və türklərə qarşı törətdikləri terror aktlarını, soyqırımları, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini, 1 milyondan çox azərbaycanlının 20 ilə yaxındır ki, öz yudr-yuvasına dönməsinə imkan verməməsini özündə əks etdirən kitabları və materialları Baş katibə təqdim etmiş, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin yerinə yetirilməsi istiqamətində səylərini artırılmasının vacibliyini vurğulamışdır.
Milli Məclisin deputatı Sammitdə iştirak etmək üçün İstanbula gəlmiş qadınlarla da görüşmüşdür. Q. Paşayeva onlara Ermənistanın 19 il əvvəl mayın 8-də Azərbaycanın və dünyanın qədim mədəniyyət beşiyi sayılan Şuşanı işğal etdiyini, burada azərbaycanlılara məxsus bütün tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini və erməni vandalizmini sübut edən digər materiallar təqdim etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]