Milli Məclisin deputatı Yunanıstanda səfərdədir
Bakı, 6 may (AZƏRTAC). Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 6-dan Yunanıstanın paytaxtı Afinada səfərdədir.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə daha mükəmməl Avropa demokratiyasına doğru atılan addımlar, qitənin üzləşdiyi problemlər, Orta Şərq və Aralıq dənizinin cənub bölgəsində etiqad azadlığı, bu ərazidə dini icmaların durumu və təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə olunacaqdır.
Milli Məclisin deputatı müzakirəyə təqdim edilən məsələlərə dair münasibətini bildirəcək, təkliflərini verəcəkdir.
Səfər mayın 9-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [15:50]
“China Daily” qəzeti “Bakı İqlim Fəaliyyəti Həftəsi”ndən yazır
- 09.09.2026 [13:38]
Nazir: TRIPP-lə bağlı danışıqlar uğurla davam etdirilir VİDEO
- 09.09.2026 [11:42]
Sahibə Qafarova: Beynəlxalq sazişlər prosesin yalnız başlanğıcıdır
- 09.09.2026 [11:25]