MİLLİ MƏCLİSİN DEPUTATLARI ABŞ-DA SƏFƏRDƏDİRLƏR
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatı Senatının dəvəti ilə bu ştatda səfərdə olan Milli Məclisin deputatları Qənirə Paşayeva, Gülər Əhmədova, Fuad Muradov və Asim Mollazadə avqustun 12-də San-Fransisko Şəhər şurasının sədri Aaron Peskin və şuranın üzvləri ilə görüşmüşlər.
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğundan AZƏRTAC-a bildirmişlər ki, Şəhər şurasının xüsusi iclasında Aaron Peskin nümayəndə heyətimizi salamlamış və onlara sertifikat təqdim etmişdir.
Nümayəndə heyətinin üzvü Asim Mollazadə Azərbaycan ilə Kaliforniya ştatı arasındakı ikitərəfli münasibətlərin inkişafının əhəmiyyətini vurğulamış və San-Fransiskonun bu əməkdaşlıqda özünəməxsus yeri olduğunu qeyd etmişdir. O, ABŞ-la Azərbaycan arasındakı strateji əməkdaşlıq münasibətləri haqqında da məlumat vermişdir.
Həmin gün təşkil edilmiş “Postsovet Azərbaycan və müstəqillikdən sonrakı inkişaf” mövzusunda konfransda ölkəmizdə tolerantlıq, gender bərabərliyi və dünyəvi dövlətçilik ənənələrindən, bu sahələrdə son illərdə əldə olunmuş nailiyyətlərdən danışılmışdır.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]
Almaniya millisi dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
- 14.06.2026 [23:02]
Missuri ştatında təyyarə qəzaya uğrayıb, 12 nəfər ölüb
- 14.06.2026 [22:29]
Serbiya Prezidenti ilk dəfə Gürcüstana rəsmi səfər edəcək
- 14.06.2026 [22:25]
Putin və Tramp arasında telefon danışığı olub
- 14.06.2026 [22:05]
Tbilisinin mərkəzindəki yaşayış binasında güclü yanğın baş verib
- 14.06.2026 [22:02]
Ermənistan MSK parlament seçkilərinin son nəticələrini açıqlayıb
- 14.06.2026 [21:52]
Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib
- 14.06.2026 [21:40]
Nizami Gəncəvinin Marneuli şəhərindəki büstü yenidən bərpa olunur - REPORTAJ
- 14.06.2026 [21:23]
Tramp Beyrutdakı hücumuna görə Netanyahuya əsəbləşib
- 14.06.2026 [20:55]