Sahibə Qafarova: Azərbaycanla Belarus arasında mühüm layihələr reallaşdırılır
Bakı, 19 may, AZƏRTAC
Ölkələrimiz arasında iqtisadi, ticari, sənaye, investisiya, kənd təsərrüfatı və digər sahələrdə mühüm layihələr reallaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin sədri Sahibə Qafarova Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə birgə keçirdiyi mətbuat konfransında səsləndirib.
O bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun 2024-cü ilin mayında Azərbaycana dövlət səfəri, aparılmış danışıqlar və imzalanmış sənədlər isə əlaqələrin inkişafına yeni təkan verib.
“Ölkələrimizin baş nazirləri, ayrı-ayrı sahələrə məsul nazirlərimiz təmasdadırlar və dövlət başçılarının tapşırıqlarının vaxtında icra olunması istiqamətində müntəzəm iş aparırlar”, -deyə Milli Məclisin sədri qeyd edib.