Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın Baş katibi ilə görüşüb

Bakı, 31 yanvar, AZƏRTAC

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 31-də ölkəmizdə səfərdə olan Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın bu təşkilatla əməkdaşlığa mühüm əhəmiyyət verdiyi qeyd olunub.

Sahibə Qafarova Parlamentlərarası İttifaqın bütün ölkələrin rəylərinin əks olunduğu əsl dialoq platforması olduğunu qeyd edərək, təəssüflə vurğulayıb ki, bəzi beynəlxalq təşkilatlarda bu cür obyektiv münasibət və müsbət əməkdaşlıq mühiti yoxdur. O, bu mənada Avropa Şurası Parlament Assambleyasının ikili standartlara söykənən fəaliyyətini tənqid edib.

Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq yenidən ölkəmizdə olmaqdan məmnunluğunu bildirərək, təşkilatla ölkəmiz arasında əməkdaşlığı təqdir edib. O, Azərbaycanın təşkilatdakı nümayəndə heyətinə, büro və komitələrdə fəaliyyət göstərən parlamentarilərimizə istənilən dəstəyi göstərməyə hazır olduqlarını da qeyd edib.

Söhbətdə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığı daha da dərinləşdirmək niyyəti ifadə olunub. Milli Məclisin sədri xatırladıb ki, Azərbaycan Hərəkata sədrliyi dövründə Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkilatın institusional potensialının inkişafı üçün Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının yaradılması kimi bir sıra təşəbbüslər irəli sürüb. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması ölkəmizin parlamentlərarası əməkdaşlığa güclü dəstəyinin və sadiqliyinin təzahürüdür.

Baş katib Martin Çunqonq da deyib ki, Qoşulmama Hərəkatı əvvəllər fəal olmayıb. Lakin Azərbaycanın təşkilata sədrliyi sayəsində Hərəkatın fəallığı və beynəlxalq münasibətlər sistemində mövqeyi güclənib. Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ideyasının gerçəkləşməsini çox yüksək qiymətləndirən Baş katib Hərəkatın dünyada vacib rolunu qeyd edib. O, Parlamentlərarası İttifaqın bu Parlament Şəbəkəsinin fəaliyyətinə istənilən dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb.

Görüşdə İqlim dəyişmələri üzrə mümkün əməkdaşlıq imkanları müzakirə olunub. Martin Çunqonq COP29-un 2024-cü ildə ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdırıb və Azərbaycanın bu tədbirə uğurla ev sahibliyi edəcəyinə inamını ifadə edib.

Söhbətdə Milli Məclisin sədri Sahibə Qafarova Baş katibə Ermənistanın 30 ilə yaxın ərazilərimizin 20 faizini işğal altında saxlaması, beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlarının yerinə yetirilməməsi, Azərbaycanın 2020-ci ildə bu əraziləri öz gücü hesabına işğaldan azad etməsi və hazırda regionda mövcud olan vəziyyət barədə də məlumat verib. O, həmçinin xatırladıb ki, 2023-cü ildə Azərbaycan Ermənistanın hərbi-siyasi təxribatlarına cavab olaraq antiterror tədbirləri həyata keçirib və bu tədbirlər yalnız qeyri-qanuni hərbi birləşmələri və hərbi infrastrukturu hədəfə alıb. Mülki əhaliyə və obyektlərə heç vaxt hücum edilməyib. BMT-nin bölgədəki 3 missiyası mülki əhaliyə, mülki və sosial infrastruktura heç bir zərərin dəymədiyini təsdiq edib.

Spiker vurğulayıb ki, bu işğal nəticəsində bir milyona yaxın soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. O, təəssüflə qeyd edib ki, hələ də bəzi beynəlxalq təşkilatlar, xüsusən də Avropa Şurasının Parlament Assambleyası işğal dövründə məcburi köçkün düşmüş və Ermənistandan qaçqın olmuş azərbaycanlıların hüquqları barədə danışmaq istəmir.

Milli Məclisin sədri xatırladıb ki, Ermənistan İkinci Qarabağ müharibəsindən sonra da hərbi-siyasi təxribatlarına, o cümlədən Azərbaycan ərazilərini minalamağa davam edib. Onun sözlərinə görə, Ermənistan bu ərazilərə 1 milyondan çox mina basdırıb. Müharibə başa çatdıqdan sonra mina partlayışları nəticəsində 340-dan çox azərbaycanlı həlak olub və ya ağır yaralanıb. Azərbaycan hələ də Ermənistandan minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyir.

Sahibə Qafarova xatırladıb ki, Ermənistanın son dövrlərdə ritorikası Azərbaycanın guya sülh sazişini imzalamaq istəməməsi üzərində qurulub. Onun sözlərinə görə, 30 il Azərbaycan torpaqlarını işğal altında saxlamış bir ölkənin bu fikri səsləndirməsi təəccüblüdür. Spiker bir daha vurğulayıb ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən dərhal sonra sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış edib. Ermənistan isə hələ də sülh müqaviləsinin imzalanması ilə bağlı prosesi uzadır.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Bakı Metropoliteni” QSC-yə yeni səlahiyyət verilib

Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə təklif edilən dəyişikliklər təsdiqlənib

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb

YAP Təftiş Komissiyasının tərkibi yekdilliklə təsdiqlənib

Pərviz Şahbazov: Ötən il Azərbaycandan Avropaya 12,8 milyard kubmetr qaz tədarük edilib

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin tərkibi təsdiqlənib

Azərbaycanın və Türkiyənin müdafiə nazirləri "ADEX 2026" sərgisini ziyarət ediblər

Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb

Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Özbəkistanda səfərdə olub

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Sərxan Həşimov: CAMCA Forumu Azərbaycanın regional əhəmiyyətini bir daha nümayiş etdirir VİDEO

Nizami Səfərov: YAP-ın Nizamnaməsinə təklif edilən dəyişikliklər müasir dövrün reallıqlarından qaynaqlanır

Nazir Məcnun Məmmədov Saatlıda pambıq yığımı prosesində iştirak edib, fermerlərlə görüşüb

Renat Dadaşov Litva ilə matçda oynaya bilər

“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib

Dövlət qulluğunda A və B növü vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO

Azərbaycanlı gənc rəssam Oksford Universitetinin rəsm müsabiqəsinin qalibi olub

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB VİDEO

® Mərkəzi Gömrük Hospitalında “Layiqli əmək – Sağlam işçi, sağlam mühit” mövzusunda tədbir təşkil olunub

Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib

Prezident İlham Əliyevin sosial media hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib VİDEO

Davud Rüstəmov: Yeni texnologiyalar kibertəhdidlərin xarakterini dəyişir

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

ADU-nun Konfutsi İnstitutu növbəti dəfə qlobal videomüsabiqənin qalibi olub

Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində yol hərəkətinin təşkilində dəyişiklik edilib

M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycanda pul bazası artıb

Somali sahillərində Pakistanın 4 dənizçisi piratlardan xilas edilib

AQTA sədri bioloji aktiv qida məhsulları istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub

YAP Təftiş Komissiyasının hesabatı yekdilliklə təsdiqlənib

Pərvin Kərimzadə: Azərbaycanın gələcəyi dövlətçilik siyasəti və milli birliklə təmin olunur

Baş direktor: TUSAŞ Azərbaycanda PUA istehsalı məsələsini müzakirə edir

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

“ADEX 2026”da kommunikasiyanın olmadığı mühitlərdə əməliyyatları avtonom yerinə yetirən PUA-lar nümayiş etdirilir VİDEO

Xankəndidə Futbol Akademiyası yaradılacaq

Rusiya neft emalı zavodlarının modernləşdirilməsini təxirə sala bilər

İran İraqdan uçuş məhdudiyyətlərinin aradan qaldırılmasını istəyib

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Sumqayıtda zəhərlənən pasiyentlərdən vəziyyəti yaxşı olanlar evə buraxılıb – YENİLƏNİB 5 VİDEO

Dünya Bankı: Azərbaycanın iqtisadi mövqeyi kifayət qədər sabitdir

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

Ukraynalı ekspert: Rusiya döyüş taktikasını dəyişib VİDEO

“ADEX 2026”da AzTU-nun təşkilatçılığı ilə innovativ texnologiyalar mövzusunda sessiya

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının hesabatı təqdim olunub

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Elvin Şahverdiyev: Müasir müdafiə və informasiya sistemləri çoxsaylı proqram təminatından asılıdır VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

Eduards Stiprays: CAMCA Xəzər və Cənubi Qafqaz üzərindən ticarətin genişləndirilməsi üçün yeni imkanlar yarada bilər VİDEO

AMEA XII Bakı Beynəlxalq Kitab Sərgisində təmsil olunacaq

Şirvan şəhərində vətəndaşların gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Fərid Şəfiyev: CAMCA regionla bağlı siyasətin formalaşdırılmasında müəyyən rol oynaya bilər VİDEO

Sərhədçi əsgərlər Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar

FAO: Qlobal ərzaq qiymətləri son dörd ilin ən yüksək səviyyəsinə çatıb

Azərbaycan ilə Yunanıstan gömrük xidmətləri birgə Fəaliyyət Planı hazırlayacaq

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Dövlət Xidmətinin nümayəndəsi: Kvant dövrünə hazırlaşmalıyıq VİDEO

Azərbaycanın Şimal-Cənub dəhlizində iştirakı ölkənin beynəlxalq nəqliyyat sistemində geostrateji əhəmiyyətini artırır

“Xankəndi” klubunun rəhbəri: Bu komandanın hekayəsi hələ yeni başlayır - MÜSAHİBƏ

Mərkəzi Bankda Dünya Bankının missiyası ilə kredit təminatı mexanizminin təkmilləşdirilməsi müzakirə edilib

® Texnologiyada qadın gücü: “Bir” “Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb

Müjgan Əliyeva: Məqsədimiz Argentina tanqosu üzrə dünya çempionatının finalına vəsiqə qazanmaqdır - MÜSAHİBƏ

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığı yeni regional imkanlar yaradır - ŞƏRH

“Tədqiqatlarda süni intellektin tətbiqi” mövzusunda təlim

Suriyaya müdafiə xarakterli məhsulların ixracı ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb

Məcnun Məmmədov: Xırdabuynuzlu heyvandarlıqda subsidiyanın əsas məqsədlərindən biri örüş sahələrinin yaxşılaşdırılmasıdır

Dinara Qaplan: Xüsusi ehtiyacları olan insanların cəmiyyətə inteqrasiyası sosial və iqtisadi baxımdan əhəmiyyətlidir

“Səfəvilərin hakimiyyəti dövrünün (1501-1736) fəqih, filosof, şair, yazıçı və xəttatları” – yeni nəşr

Müdafiə Nazirliyinin nümayəndəsi: Ordumuzun arsenalına daxil olan müasir silahların təhlükəsizliyi üzərində çox ciddi çalışırıq

Nazir: Yeni subsidiya mexanizmi pambıqçılıqda məhsuldarlığın artırılmasına imkan verəcək

Gürcüstan Ali Məhkəməsinin sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Aviasiya Akademiyasında olub

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Nazirlik rəsmisi: Kibertəhlükəsizlik milli təhlükəsizlik məsələsinə çevrilib VİDEO

Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Mina partlayışı onun həyatını qaranlığa qərq edib VİDEO

Gürcüstan dəmir yolu infrastrukturunun modernləşdirilməsinə 890 milyon lari ayırmağı planlaşdırır

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Davud Rüstəmov: Kibertəhdidlərlə mübarizədə testlər önəmlidir VİDEO

Ukrayna Rusiyanın neft obyektlərinə və hərbi hədəflərinə zərbələr endirib

Vətən Müharibəsi Qəhrəmanı: YAP sıralarında olmaq Prezident İlham Əliyevin strateji kursuna bağlılığın ifadəsidir

DTX rəsmisi: Azərbaycanda müdafiə sektorunda kibermüdafiə qabiliyyəti kifayət qədər güclü səviyyədədir

“S&P”: Sentyabrda Hörmüz boğazından LNG daşımaları müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

DİN: Məktəbin qarşısında naməlum şəxsin uşaqlara konfet paylaması ilə bağlı iddialar təsdiqini tapmayıb

Məşhur türk basketbolçu: “Trabzonspor” “Sabah”la oyunun favoritidir – EKSKLÜZİV