“MİLYONÇUNUN DİLƏNÇİ OĞLU” VƏ SOVET DÖVRÜNÜN KEÇMİŞİNDƏN
AZƏRTAC xəbər verir ki, iyunun 27-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Şıxəli Qurbanovun və bəstəkar Süleyman Ələsgərovun “Milyonçunun dilənçi oğlu” musiqili komediyası göstəriləcəkdir.
Əhvalat milyonçunun ailəsində baş verir. Yoxsul bir fırıldaqçı milyonçu oğlunun ölümündən xəbər tutur. O, yaxşı geyinərək, milyonçunun evinə gəlir və özünü onun oğlu kimi qələmə verir. Sevgi, yalan və hiyləgərlik elementləri üzərində cərəyan edən sonrakı hadisələr sürətlə inkişaf edir, axırda fırıldaqçı ifşa olunur.
Yeri gəlmişkən, gənc rejissor Mikayıl Mikayılov musiqili pyesi müasirləşdirmişdir. Tamaşada şüarlar gəzdirən, “SSRİ” yazılı qırmızı maykalarda yürüş edən cavanlar peyda olurlar. Səhnədə sovet dövrünün atributu sayılan pioner heykəlləri canlanır və xidmətçi qadın bu heykəllərin üstündən keçmiş günlərin tozunu silir...
Qeyd edək ki, 1967-ci ildə “Milyonçunun dilənçi oğlu” tamaşası Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.06.2026 [18:37]
Beynəlxalq festivalda uşaqların caz və estrada bayramı
- 02.06.2026 [18:23]
Azərbaycanın Əməkdar artisti Ufada milli rəqs sənətini təqdim edib
- 02.06.2026 [17:22]
“Klassik musiqi həvəskarları klubu”nun növbəti tədbiri
- 02.06.2026 [15:10]
Lusern sarayında Azərbaycan musiqiləri səsləndirilib
- 02.06.2026 [15:09]
Vəzirin gizli oyunu: klassik komediyaya fərqli interpretasiya
- 02.06.2026 [13:42]