MİN ÜÇ YÜZ HÜQUQPOZMA FAKTI AŞKARLANMIŞDIR
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, gömrük orqanları ölkənin iqtisadi mənafeyinin və təhlükəsizliyinin qorunması, qaçaqmalçılıq və gömrük işi sahəsində hüquqpozma hallarının qarşısının alınması vəzifələrinin yerinə yetirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirirlər. Belə ki, altı ay ərzində görülən tədbirlər nəticəsində aşkarlanmış 1300 hüquqpozma faktının 90-ı cinayət xarakterli (2003-cü ilin eyni dövrü ilə müqayisədə 13 fakt çox) olmuşdur. Bu hallar üzrə təqsirləndirilən 97 şəxsdən 53-ü Azərbaycan, 44-ü xarici ölkə vətəndaşlarıdır. Gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınan qaçaqmalçılıq əşyalarının dəyəri 773 milyon 302 min manat olmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]