Mingəçevirdə yaşadığı ünvanı tərk edən koronavirus xəstəsinə cinayət işi başlanılıb
Bakı, 23 iyul, AZƏRTAC
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yaqub Rəhimovun ev şəraitində müalicə alsa da, qaydaları pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyənləşib. Onun şəhər ərazisində olduğu əraziyə dərhal həkim briqadası dəvət edilib. Həmin şəxs təcili tibbi yardım avtomobilinə mindirilərək yaşadığı ünvana aparılıb.
Mingəçevir Şəhər Polis Şöbəsində Y.Rəhimov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polis nəzarətinə götürülüb. Əlaqədə olduğu şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.