Miqrasiya könüllülərinin daha bir layihəsinə start verilib
Bakı, 11 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Dövlət Miqrasiya Xidməti (DMX) və “Miqrasiya Könüllüsü” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən “PR Məktəbi” layihəsinə start verilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi ictimaiyyətlə əlaqələr, reklamçılıq, rəqəmsal marketinq kimi sahələrə maraq göstərən gənclərə nəzəri və praktiki biliklər verməkdən ibarətdir. Layihənin birinci günündə keçirilən təlim iki hissədən ibarət olub. Birinci hissədə biznes məsləhətçi-təlimçi İlham Əfəndiyev iştirakçılara səmərəli rəqəmsal PR haqqında məlumat verib. İkinci hissədə isə gənclər qruplara bölünərək təlimçinin tapşırığına əsasən kollektiv işlərini təqdim ediblər.
İyirmi beş nəfərin iştirak etdiyi təlimlərə fevralın 13-də yekun vurulacaq.