Misir ehramları gender zəminində zorakılığa qarşı kampaniyaya dəstək olaraq narıncı rəngdə işıqlandırılıb
Qahirə, 27 noyabr, AZƏRTAC
Qədim Misir ehramları və Sfinks heykəli noyabrın 25-də başlayan gender zəminində zorakılığa qarşı kampaniyaya dəstək olaraq narıncı rəngdə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Misir Qadınlar Şurası və BMT-nin bu ölkədəki nümayəndəliyinin dəstəyi ilə keçirilən kampaniya dekabrın 10-da - Beynəlxalq İnsan Haqları Gününədək davam edəcək. Qeyd olunub ki, narıncı rəng bütün dünyada zərif cinsin nümayəndələrinə qarşı zorakılığa qarşı mübarizənin rəmzidir.
Misir Qadınlar Şurasının sədri Maya Mursi bildirib ki, bu gün qlobal problemlərdən biri kimi gündəmdə olan qadına qarşı zorakılıq cəmiyyətlərin siyasi, iqtisadi və mənəvi dayaqlarını sarsıdır. Onun sözlərinə görə, ərəb ölkələrində də aktual olan bu bəlanın aradan qaldırılması istiqamətində bütün ölkələrin vətəndaş cəmiyyətləri və hüquq müdafiəsi təşkilatları yerli hökumətlərlə daha sıx əməkdaşlıq etməlidir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]