Misir KİV-ləri Azərbaycanın Dövlət Müstəqilliyi Gününə geniş yer ayırıb
Qahirə, 19 oktyabr, AZƏRTAC
Azərbaycanın Misirdəki səfiri Şahin Abdullayevin 18 oktyabr - Dövlət Müstəqilliyi Günü ilə bağlı məqaləsi bu ölkənin “Ruzəlyusuf” qəzetində, Yaxın Şərq Xəbərlər Agentliyində, həmçinin “Əl-Yaum Əs-Sabi”, “Əl-Vətən”, “Əl-Əxbar” internet qəzetlərində də dərc edilib.
Məqalədə səfir Azərbaycanın müstəqillik tarixi,
Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün ağır nəticələri haqqında ətraflı bəhs edir. O, həmçinin müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinliklərdən, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkədə başlayan inkişaf proseslərindən, Ümummilli Liderin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin uğurlu nəticələrindən də söhbət açır.
Səfir Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu qeyd edir, ölkəmizi daha böyük inkişaf perspektivlərinin gözlədiyini oxucuların diqqətinə çatdırır.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 03.10.2026 [19:05]
Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH
- 03.10.2026 [15:52]
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH
- 03.10.2026 [13:32]