Misir köçkün fələstinlilərin öz ərazisində yerləşməsinin əleyhinədir
Bakı, 30 oktyabr, AZƏRTAC
Misir İsrail-HƏMAS müharibəsi nəticəsində köçkün düşmüş fələstinlilərin öz ərazisində yerləşməsinin əleyhinədir. AZƏRTAC “Əl Əhram” nəşrinə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Baydenlə telefon danışığı əsnasında Misir Prezidenti Əbdülfəttah əs-Sisi söyləyib.
Qəzza zolağından qaçan insanların Misir ərazisində məskunlaşmasına heç vaxt icazə verilməyəcəyini qeyd edən Əbdülfəttah əs-Sisi ABŞ Prezidenti ilə fələstinlilərə humanitar yardımın çatdırılması məsələlərini də müzakirə edib.
Misirin sözügedən münaqişənin həlli istiqamətində fəal rolunu vurğulayan Co Bayden bildirib ki, Vaşinqton da fələstinlilərin öz yurdlarını tərk etməsinin əleyhinədir. O, eyni zamanda, ABŞ-ın mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə Misirlə əməkdaşlığı davam etdirəcəyini bildirib.
Tərəflər “iki dövlət” prinsipi əsasında nizamlanmanı münaqişənin həllində yeganə yol adlandırıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [23:56]
Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək
- 13.06.2026 [23:24]
Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb
- 13.06.2026 [21:11]
ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır
- 13.06.2026 [20:21]
On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər
- 13.06.2026 [19:59]
Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb
- 13.06.2026 [17:01]
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bir sıra obyektlərinə zərbələr endirib
- 13.06.2026 [16:40]
Kipr Türk Tarix Cəmiyyəti 63 ildən sonra yenidən qurulub
- 13.06.2026 [16:37]