Misir ordusu Şimali Sinayda 18 terrorçunu məhv edib
Qahirə, 22 iyul, AZƏRTAC
Misir ordusunun Sinay yarımadasının şimalında keçirdiyi hərbi əməliyyatlar zamanı 18 terrorçunun məhv edildiyi bildirilir.
AZƏRTAC xəbər verir ki, Bir əl-Əbd şəhərinin yaxınlığında baş vermiş atışmada Misir Silahlı Qüvvələrinin iki zabiti həlak olub, dörd hərbçi də yaralanıb.
Misir ordusunun yaydığı məlumatda bildirilir ki, terrorçuların yaşayış məntəqələrinə hücum planı barədə məlumat alan Silahlı Qüvvələr onlara qarşı genişmiqyaslı əməliyyat həyata keçiriblər. Şəhər yaxınlığındakı terror düşərgəsi dağıdılıb. Lakin üzərində partlayıcı qurğuların yerləşdirildiyi kəmər olan bir terrorçu onu partlada bilib.
Ordunun terror düşərgələrinin dağıdılması və onların marşrutlarının kəsilməsi üzrə əməliyyatları davam edir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]
Tramp İrana yeni zərbələr endirməyə hazır olduğunu bildirib
- 10.06.2026 [15:39]
Pakistanda hərbi helikopter qəzaya uğrayıb, bütün ekipaj həlak olub
- 10.06.2026 [15:09]
İsraildə xərçəngin böyüməsini ləngidən nanohissəciklər yaradılıb
- 10.06.2026 [14:57]