Misir polisi təhlükəli yeddi cinayətkarı məhv edib
Qahirə, 2 sentyabr, AZƏRTAC
Misir polisinin Asuan vilayətində keçirdiyi iki əməliyyat nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi, silah satışı, quldurluq və qətl törətməkdə şübhəli bilinən 7 nəfər qatı cinayətkar məhv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, ağır cinayətlərdə şübhəli bilinən, həmçinin axtarışda olan bir neçə şəxs də həbs edilib. Reydlər zamanı baş verən silahlı atışmada bir neçə cinayətkarın da yaralandığı bildirilir. Onların gizləndikləri mənzillərdən avtomat silahlar və partlayıcı maddələr aşkar edilərək götürülüb. Əməliyyatlar zamanı bir polis zabiti xəsarət alıb.
Asuan vilayəti Misirdə narkotik və silah alverçilərinin daha çox olduğu bölgə sayılır. Polis vaxtaşırı olaraq bu ərazidə reydlər və əməliyyatlar keçirir.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [12:21]
Fransada COVID-19-a yoluxanların sayı artır
- 24.09.2026 [12:10]
Türkiyənin Şanlıurfa vilayətində 5,4 bal gücündə zəlzələ olub
- 24.09.2026 [11:21]
Bu gün Ümumdünya Dəniz Günüdür
- 24.09.2026 [09:58]
Ukrayna ilə Rusiya enerji və dəniz atəşkəsini müzakirə edir
- 24.09.2026 [09:38]
Kiyevə hava zərbələri endirilib, ölən və xəsarət alanlar var VİDEO
Bu saata olan əsas xəbərlər
- [12:00]
Xəzərdə zəlzələ olub
- [11:35]
Bu gün Ümumdünya Dəniz Günüdür
- [11:21]
Ceyhun Bayramov ABŞ Konqresinin üzvü Co Vilsonla görüşüb
- 23.09.2026 [23:20]
Migel Anxel Moratinos: Çoxqütblü dünya özlüyündə sülhə təminat vermir
- 23.09.2026 [23:06]
Azərbaycanın 2 boksçusu Avropa çempionatının finalına yüksəlib
- 23.09.2026 [22:53]
Nyu-Yorkda 7-ci Xəzər Biznes-Forumu baş tutub
- 23.09.2026 [22:51]
Ayxan Abbasov: Məqsəd C Liqasına qayıtmaqdır
- 23.09.2026 [22:43]
Nyu-Yorkda Ərdoğanla Paşinyan arasında görüş olub
- 23.09.2026 [22:38]